• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəblilərimizin növbəti uğuru

Rusiya Federasiyasının Maykop şəhərində məktəblilərin Qafqaz Riyaziyyat Olimpiadası keçirilib.

Bolqarıstan, Rumıniya, Türkiyə, Qazaxıstan və digər ölkələrdən olan yuxarı sinif şagirdlərinin bilik və bacarıqlarını nümayiş etdirdiyi olimpiadada Azərbaycan məktəbliləri uğurla çıxış ediblər. Fizika-riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Ramil Cəbiyev II Diploma və  gümüş medala, həmin liseyin 10-cu sinif şagirdi Murad Ağazadə III Diploma və bürünc medala layiq görülüblər. Murad Ağazadəyə həmçinin təqdim olunan tapşırıqlardan birini bütün iştirakçılardan fərqli və original həll etdiyi üçün olimpiadanın təşkilatçıları tərəfindən xüsusi sertifikat verilib.

Liseyin 10-cu sinif şagirdi Rəşad Musayev isə olimpiadanın həvəsləndirici sertifikatına layiq görülüb.


5 il əvvəl