Peşə təhsili müəssisəsində inklüziv təhsil - mediatur
Fevralın 7-də Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə mediatur keçirilib.
Mediatur iştirakçılarına məlumat verilib ki, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 2016-cı ildə Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan rasionallaşdırma prosesinə uyğun olaraq, 4, 14 nömrəli peşə liseyləri və 12 nömrəli peşə məktəbinin bazasında yaradılıb. Mərkəzdə ümumilikdə 800-dən çox tələbə təhsil alır.
Mediatur iştirakçıları əvvəlcə “Tikişçi” ixtisası üzrə inkluziv təhsil modeli ilə tanış olublar. Qonaqlara məlumat verilib ki, 2017-2018-ci tədris ilindən mərkəzdə inklüziv tədris modeli əsasında “Soyuducu qurğuların maşinisti” qrupu yaradılıb. Həmin qrupda sağlamlıq imkanı məhdud olan 9 tələbə təhsil alıb. Hazırda onların 7-si Bakı Çinar Soyuducuları Zavodunda ixtisaslı kadr kimi çalışır. 2018-2019-cu tədris ilində isə mərkəzdə inklüziv tədris modeli əsasında “Tikiş ustası, tikişçi” qrupu açılıb. Qrupda sağlamlıq imkanları məhdud 5 tələbə təhsil alır.
Daha sonra iştirakçılar mərkəzin ixtisas fənn müəllimləri Zahirə Paşayevanın “İnformatika”, Nərminə Zamonavanın “Elektrik cihazlarının quraşdırılması və təmiri” və Təranə Qasımovanın “Tikişin texnologiyası” ixtisasları üzrə praktiki dərslərini izləyiblər.
Mediatur iştirakçıları mərkəzin nəzdində fəaliyyət göstərən beynəlxalq resurs mərkəzləri - Almaniyanın Grohe Akademiyası, Rusiyanın “Knauf” Resurs Mərkəzi, Türkiyənin “İnova Tədris-Təhsil Mərkəzi” ilə də tanış olublar. Bildirilib ki, həmin resurs mərkəzlərinin əməkdaşları tərəfindən müəssisə və şirkətlərdə tələbələr üçün ustad dərsləri, iş yerində təcrübə proqramı əsasında təlimlər keçirilir.
Qeyd olunub ki, mərkəzdə qaynaq, inşaat, elektrik avadanlıqlarının təmiri üzrə resurs mərkəzləri, kompüter ve elektron lövhələrlə təchiz olunan fənn kabinetləri mövcuddur.
Jurnalistlər mərkəzdə tələbələrin əl işlərindən ibarət sərgi ilə də tanış olublar.
5 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42 -
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55