Qazax rayonunda məktəb açılışı
7 il əvvəl
Fevralın 4-də S.Vurğun adına Qazax şəhər 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.
Məktəbin açılışında Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini İlqar Mahmudov, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı, məktəbin müəllim-şagird heyəti və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov məktəbin pedaqoji kollektivini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini İlqar Mahmudov ölkənin hər bir yerində müasir standartlara cavab verən təhsil ocaqlarının tikildiyini, bunun gənc nəslin savadlı və vətənpərvər ruhda formalaşmasına xidmət etdiyini diqqətə çatdırıb. İlqar Mahmudov təhsilə göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib, pedaqoji kollektivi tədrisin keyfiyyətini yaxşılaşdırmağa, gəncləri milli ruhda tərbiyə etməyə, onları ulu öndər Heydər Əliyevin ideyalarına, azərbaycançılıq məfkurəsinə sadiq gənclər kimi yetişdirməyə səsləyib.
Sonra Qazax RTŞ-nin müdiri Nizaməddin Babanlı çıxış edərək ölkə rəhbərliyi və Təhsil Nazirliyinə məktəbin əsaslı təmirinə görə Qazax rayon təhsil işçiləri adından öz təşəkkürünü bildirib.
Açılış mərasimindən sonra tədbir iştirakçılar tədris ocağında yaradılan şəraitlə tanış olublar.
Qeyd edək ki, məktəb 964 şagird yerlikdir. Məktəbdə 3 laboratoriya, 2 kompüter otağı, yeməkxana, kitabxana, akt zalı, 2 idman meydançası, qazanxana, içməli su anbarı və bir transformator yarımstansiyası var.
Digər xəbərlər
-
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri və pedaqoji şuraların fəaliyyətini tənzimləyən əsasnamələr müzakirə olunub
27.11.2026 - 17:31 -
“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” respublika müsabiqəsinə yekun vurulub
27.11.2026 - 17:20 -
Uşaqlar və yol təhlükəsizliyi üzrə birgə maarifləndirmə tədbirləri davam edir
27.11.2026 - 16:13 -
Kənan Kərimzadə V Yubiley Aqrar Startaplar və İnnovasiya Forumunda iştirak edib
27.11.2026 - 15:02 -
Elm və təhsil naziri Ağstafada vətəndaşları qəbul edib
27.11.2026 - 14:52
