Bakı məktəblisinin məqaləsi Rusiya mətbuatında
Kaspi liseyinin şagirdi növbəti uğura imza atıb
Ölkəmizin təhsil sahəsində aparılan sistemli işlər xüsusu istedadlı ilə seçilən şagirdlərin aşkar olunması, onların bilik və bacarıqlarının stimullaşdirılmasına münbit şərait yardıb. Təhsil Nazirliyinin təşəbbüsü ilə son illərdə keçirilən respublika fənn olimpiadaları şagirdlərin elmi yaradıcılığa marağını artırıb. Heç şübhəsiz ki, şagirdlərimizin əldə etdiyi uğurların əsası orta məktəbdən qoyulur. Xüsusi istedadı ilə seçilən şagirdlərimizdən biri də Kaspi Liseyinin IX sinif şagirdi Faiq Nəcəflidir.
Yaşının az olmasına baxmayaraq o, artıq təhsil ictimaiyyətimizin diqqətini cəlb edə bilmişdir. Son günlərdə istedadlı şagirdimiz növbəti uğura imza atıb. Onun “Natural ədədlərin ədədlərin 3-ə (9-a) bölünməsinin yeni əlaməti” adlı məqaləsi Moskvada rus dilində nəşr olunan “Matematika” jurnalında dərc olunub. Riyaziyyat müəllimləri üçün metodik tövsiyə xarakteri daşıyan jurnalda Faiqin məqaləsi “Tədris tədqiqatları” bölümündə oxuculara təqdim olunub.
Qeyd edək ki, məqalədə natural ədədlərin 3-ə (9-a) bölünməsinin yeni əlamətləri əks olunub. Normal riyazi qaydada natural ədədlərin 3-ə və (9-a) bölünməsi üçün bu ədədin rəqəmlərinin cəmi 3-ə (9-a) bölünməlidir. Məsələn, 828 3 və 9-a bölünür, belə ki, 8+2+8=18 cəmi 3 və ya 9-a bölünür. Və yaxud 1713 ədədini 3-ə bölmək üçün, 1+7+1+3-ü toplayıb 3-ə bölürük. Əgər alınan ədəd 3-ə bölünürsə, deməli, 1713 də 3-ə bölünür. Faiqin təklif etdiyi üsulla bu misalı aşağıdakı formada hesablamaq olar: 1713->17+13=30->3+0=3, deməli, 3 ədədi 3-ə bölünürsə, 1713 ədədi də 3-ə qalıqsız bölünür. 1713->171+3=174 ->17+4=21->2+1=3, deməli, 3 ədədi 3-ə bölünürsə, 1713 ədədi də 3-ə qalıqsız bölünür.
1713->1+713=714->71+4=75->7+5=12->1+2=3, deməli, 3 ədədi 3-ə bölünürsə, 1713 ədədi də 3-ə qalıqsız bölünür. Bu qayda ilə daha böyük ədədləri kiçik hissələrə ayıraraq 3-ə bölünüb bölünmədiyini asanlıqla yoxlamaq olar.
Məsələn, 2394 ədədi də 3 və 9-a bölünür, belə ki, bu ədədin tərkib hissələrindən təşkil olunmuş 29+34=63, 32+49=81 və yaxud 92+43=135->13+5=18, həmçinin 23+94->117->11+7=18 cəmi də 3 və 9-a bölünür. Həvəskar riyaziyyatçı məqaləsində natural ədədlərin bölünməsinə dair bir sıra teoremlərin isbatı ilə bağlı çoxsaylı nümunələri diqqətə çatdırıb.
Dərin zəkası və qabiliyyəti ilə seçilən Faiq hələlik elm yollarında ilk titrək addımlarını atır. Onun ilk uğurları gələcəkdə daha yüksək nailiyyətlər qazanacağına əminlik yaradır.
5 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri daha bir neçə rayonun məktəb direktorları ilə görüşüb
28.12.2024 - 17:44 -
“Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin nəticələri açıqlanıb
28.12.2024 - 16:40 -
Azərbaycan IELS 2025-in əsas mərhələsində iştirak edir
28.12.2024 - 14:48 -
2024-cü təqvim ili rəqəmlərdə - HESABAT
28.12.2024 - 12:00 -
Apellyasiya Şurasının növbəti iclası keçirilib
24.12.2024 - 17:00