Respublika fənn olimpiadalarının ilk mərhələsi keçiriləcək
Fevralın 3-də ölkənin bütün şəhər və rayonlarında 2018-2019-cu tədris ili üçün məktəblilərin Respublika fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsi keçiriləcək.
Bilik yarışında 9, 10, 11-ci, həmçinin xüsusi istedada və hazırlığa malik 8-ci sinif şagirdləri iştirak edəcəklər.
Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə keçiriləcək.
Olimpiadanın rayon (şəhər) mərhələsində şagirdlərə fənlər üzrə qapalı test formatında 25 sual təqdim ediləcək.
Respublika fənn olimpiadalarında iştirak etmək üçün 32 986 şagird qeydiyyatdan keçib. Olimpiadaya ən çox şagird Azərbaycan dili və ədəbiyyat (8203 nəfər), ən az şagird isə informatika (721 nəfər) fənlərindən qatılacaq.
Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.
Respublika fənn olimpiadası “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.
7 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri rəqəmsal ideya müsabiqəsinin bağlanış mərasimində iştirak edib
06.05.2026 - 09:30 -
Bu şəxslərin də təhsil haqqı xərcləri dövlət hesabına qarşılanacaq
05.05.2026 - 17:35 -
Nazir müavini Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetinin prorektoru ilə görüşüb
05.05.2026 - 15:54 -
881 nəfər “Maarifçi” olmaq üçün müsahibədə iştirak edəcək
05.05.2026 - 14:57 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinə 1026 layihə təqdim edilib
05.05.2026 - 10:59
