• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək” layihəsinin açılış konfransı

Noyabrın 21-də Azərbaycan Gənclərinin Naliyyəti İctimai Birliyinin Avropa İttifaqı və "PAŞA Bank" tərəfindən maliyyələşdirilən “Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək” layihəsinin açılış konfransı keçirilib.

Konfransı Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin idarə heyətin sədri, Şevron Xəzər şirkətinin ölkə üzrə rəhbəri Bəxtiyar Axundov açıq elan etdikdən sonra çıxış üçün söz təhsil nazirinin müavini Məhəbbət Vəliyevaya verilib. Nazir müavini cəmiyyətin davamlı inkişafında təhsilin mühüm rolunu vurğulayıb, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən 5 il ərzində görülən işlərdən və təhsil sahəsində müsbət dinamika müşahidə olunduğundan danışıb.

Nazir müavini gənclər arasında maliyyə savadlılığının və sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyətinə toxunaraq qeyd edib ki, 21-ci əsrdə şagirdlərin maliyyə savadlılığına və sahibkarlıq bacarıqlarına yiyələnməsi çox vacibdir. Təhsil Nazirliyinin bu məsələyə xüsusi önəm verdiyini diqqətə çatdıran Məhəbbət Vəliyeva tərəfdaş qurumlarla birgə məktəblərdə şagirdlərin maliyyə savadlılığının artırılması ilə bağlı mütəmadi təlimlərin təşkil edildiyini vurğulayıb, həmçinin “Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək” layihəsinin icrasının Təhsil Nazirliyi üçün böyük əhəmiyyət kəsb etdiyini deyib.

Azərbaycanla Avropa İttifaqı arasındakı əməkdaşlığın inkişafından danışan Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas bildirib ki, təqdim olunan pilot layihə ictimai və özəl sektorun iştirakı ilə Azərbaycanda gənclərin maliyyə savadlılığı və sahibkarlıq istiqamətində bilik və bacarıqlarının inkişafına dəstək verəcək.

Konfrans öz işini panel müzakirələrlə davam etdirib.

Qeyd edək ki, layihə 2018-2020-ci illərdə Bakı, Qəbələ, Masallı, Gəncə, Xaçmaz, Mingəçevir, Zaqatala və Qax rayonlarındakı ümumi və peşə təhsili müəssisələrindən 150 müəllimi və 3000 şagirdi əhatə edəcək. Layihənin əsas məqsədi ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdə maliyyə savadlılığı və sahibkarlıq bacarıqlarının erkən yaşlardan inkişaf etdirilməsindən ibarətdir. Layihə çərçivəsində tədris və elektron resursların hazırlanması, təlimçi müəllimlərin yetişdirilməsi, ümumi təhsil müəssisələrinin nəzdində sahibkarlıq mərkəzlərinin yaradılması planlaşdırılır. Layihə Azərbaycan Mikromaliyyə Assosiasiyası, JA (Gənclərin Nailiyyəti) Estoniya, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə əməkdaşlıq çərçivəsində icra ediləcək. 


5 il əvvəl