“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində ixtisasartırma təlimi
Gəncə şəhərində “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində müəllimlər üçün ixtisasartırma təlimlərinin növbəti mərhələsi keçirilib. 27 informatika müəlliminin iştirak etdiyi təlimdə müəllimlər pilot layihə haqqında yeni məlumat alıb, proqramla bağlı biliklərini təkmilləşdiriblər.
Təlimlərin məqsədi müəllimlərin yeni texnologiyalarla işləmək qabiliyyətini, İKT sahəsində praktik biliklərini artırmaqdır. Bakı və Gəncə şəhərlərində keçirilən təlimlər tədris ili ərzində mərhələlər üzrə təşkil olunur və hər müəllim üçün 116 tədris saatından ibarətdir. Noyabr ayında təlimlərdə ümumilikdə 300-ə yaxın müəllim iştirak edəcək. Bakıda keçirilən təlimlər isə noyabrın 23-dək davam edəcək.
“Rəqəmsal bacarıqlar” pilot layihəsi 2017-2018-ci tədris ilində Bakı şəhərində 45 məktəb üzrə 6500 şagirdi əhatə edib. Cari tədris ilində isə Bakı və Gəncə şəhərləri üzrə 71 məktəb və 26 000 şagird bu layihəyə cəlb olunub. Layihə informasiya texnologiyaları sistemləri və rəqəmsal bacarıqların öyrədilməsi üzrə proqramlar hazırlayan “Alqoritmika” beynəlxalq təhsil şirkəti ilə birgə keçirilir. Dünyanın ən innovativ metodikalarından istifadə edilməklə peşəkar metodist və pedaqoqlar tərəfindən hazırlanan proqram müvafiq sahə üzrə ən yaxşı təcrübələri özündə birləşdirir. Həmçinin fərdi təlim, nəzəriyyə və tətbiqi yanaşma, fənlərarası əlaqə və motivasiyanın artırılması prinsiplərinə əsaslanır.
6 il əvvəl
Digər xəbərlər
-
“Müəllimliyin insanlıq fəlsəfəsi” esse müsabiqəsinin qalibləri mükafatlandırılıb
23.12.2024 - 17:55 -
Nazir müavini Azərbaycan din xadimlərinin Forumunda iştirak edib
23.12.2024 - 17:00 -
Nazir Sabunçu rayonunun məktəb direktorları ilə görüşüb
23.12.2024 - 12:55 -
Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinə start verilib
23.12.2024 - 11:02 -
Bu şəxslərin də təhsil haqqı xərcləri dövlət hesabına qarşılanacaq
23.12.2024 - 10:20