“Dayanıqlı inkişaf üçün ekoloji təhsil”
Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (YUNİSEF) arasında “2016-2020-ci illər üçün Azərbaycan Hökuməti-YUNİSEF Əməkdaşlıq Proqramı” çərçivəsində imzalanmış “2018-2019-cu illər üçün Təhsil proqramı üzrə Dövri Fəaliyyət Planı”na müvafiq olaraq “Dayanıqlı inkişaf üçün ekoloji təhsil” layihəsi həyata keçirilir. Layihə çərçivəsində Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən Bakı şəhərinin uşaq-gənclər inkişaf mərkəzlərində ekologiya sahəsi üzrə çalışan metodist və dərnək rəhbərlərinə təlimlər keçirilib.
Təlim “Müxtəlif yaş qrupları üzrə ekoloji biliklərin artırılmasında yeni metodlar”, “Dayanıqlı inkişaf məqsədləri və ekoloji maarifləndirmə”, “Məktəbdənkənar təhsilin inkişafinda praktiki bacarığın artırılması” mövzularında keçirilib. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Layihənin növbəti mərhələsində ekoloji problemlərə ictimai diqqətin artırılması məqsədi ilə VI-IX sinif şagirdləri arasında keçirilmiş qısa film müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasiminin təşkili planlaşdırılır.
5 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42 -
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55