Qalereyada “Açıq qapı” günü
1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Təsviri Sənət Qalereyasında “Açıq qapı” günü keçirilib.
“Açıq qapı” gününün keçirilməsində əsas məqsəd uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili, estetik zövqünün formalaşdırılması, onların istedadının aşkara çıxarılması, təsviri və tətbiqi imkanlarının daha da inkişaf etdirilməsindən ibarət olub.
İştirakçılara 8 saat ərzində qalereyanın dərnək rəhbərləri tərəfindən 28 ustad dərs təqdim edilib. Dərslərdə 330 nəfərə yaxın 3-16 yaşlı uşaq və gənclər iştirak ediblər. Qalereyanın sərgi zallarında dərnək üzvlərinin “Novruz” və “Yaz” mövzularında 300-ə yaxın rəsm və əl işləri nümayiş olunub, həmin mövzuları əhatə edən dekorasiya hazırlanıb.
Ustad dərslər arasında ebru, yun sap və plastilinlə iş, rəsm, rəngkarlıq, aplikasiya, konstruksiya, dekorativ fəaliyyət və digər məşğələ növləri təqdim edilib.
Mərkəzin dərnək üzvləri rəhbərlik tərəfindən təşəkkürnamə ilə təltif edilib.
6 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42 -
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55