• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Mühəndislik və robototexnika yarışı keçiriləcək

Təhsil Nazirliyi, “ADA” Universiteti“Mars Academy” MMC-nin birgə təşkilatçılığı ilə mayın 12-də məktəblilər arasında “FIRST LEGO League (FLL) Azərbaycan” mühəndislik və robototexnika yarışı keçiriləcək.

LEGO” şirkəti və “FIRST” (For Inspiration and Recognition of Science and Technology) təşkilatının ortaq layihəsi olan FLL 1999-cu ildən bəri hər il ABŞ-da  təşkil olunan bir yarışdır. Yarışın məqsədi ümumtəhsil məktəb şagirdlərinin elm və texnologiyalara olan marağını artırmaq, hazırkı qlobal problemlərin elmi-texniki həllinə öz töhfələrini verməyə həvəsləndirməkdir.

Hər il dünyanın 88 ölkəsində yarım milyon məktəblinin cəlb olunması ilə keçirilən FLL bu il Azərbaycanda da təşkil olunacaq. Builki yarışın mövzusu “Hidrodinamika”dır. FLL çərçivəsində dörd məktəblidən ibarət olan 12 komanda əsas dəyərlər, layihə təqdimatı, robot dizaynı və robot yarışı olmaqla 4 kateqoriya üzrə gücünü sınayacaq.

İştirakçılar medal və sertifikatlar, müxtəlif kateqoriyalar üzrə qalib gələn komandalar isə kuboklarla təltif olunacaqlar. Yarışın mütləq qalibi olmuş komanda cari ilin iyun ayında Estoniyanın paytaxtı Tallində təşkil olunan FLL Yeniyetmələr üçün Beynəlxalq Açıq Çempionatında iştirak edəcək.

MDB məkanında FLL formatında ilk müsabiqə 12 mart 2005-ci ildə Azərbaycanda “Robotlar Missiyası” layihəsi çərçivəsində keçirilib. 2005-2006-cı illərdə 3 Milli Robot Yarışı təşkil olunub və Azərbaycanlı məktəblilər 2 dəfə britaniyalı komanda yoldaşları ilə birgə Birləşmiş Krallığın FLL finalında iştirak ediblər.

 “FLL Azərbaycan” haqqında daha ətraflı məlumat almaq və qeydiyyat üçün http://www.fllazerbaijan.org/ internet səhifəsinə müraciət  etmək mümkündür.


6 il əvvəl