“Köçürülmənin sadələşdirilməsi tələbələr üçün yaradılan ən yaxşı imkandır”
2016-cı ildən tələbələrin köçürülmə prosesinin sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədi ilə transfer.edu.az portalı istifadəyə verilib. Tələbələr bu portal vasitəsi ilə çox asan və rahatlıqla köçürülmə imkanı əldə edirlər.
Cari ildə bakalavriatura üzrə yerli ali təhsil müəssisələrindən 650, xaricdəki universitetlərdən 26, magistratura üzrə 15, orta-ixtisas təhsili üzrə 186 nəfərin sorğusuna müsbət cavab verilib.
Portal vasitəsilə köçürülən tələbələrin təəssüratlarını təqdim edirik:
Röya Hüseynova |
“Mənim fikrimcə, transfer.edu az portalı vasitəsilə tələbə köçürülməsi Azərbaycanda ən böyük tələbə layihəsidir. Həm də uğurlu və şəffafdır. Təsəvvür edin, kimsə universitetə qəbul olur və öz sevdiyi, arzuladığı ixtisasa qəbul olmur. Anaq indi cəmi iki sənəd yükləməklə köçürülmə işini həyata keçirmək olur. Mən magistratura səviyyəsində təhsil alıram. Bu portaldan istifadə etməklə universitetimi dəyişdim”. |
|
Nərgiz Vəliyeva |
“Sumqayıt Dövlət Universitetində tarix müəllimi ixtisası üzrə təhsil alırdım. Gəncə Dövlət Universitetinə köçürüldüm. Sistem təsəvvür edəcəyimdən də artıq rahat və şəffafdır. Bu sistemin tələbələr üçün yaradılan ən yaxşı imkandır”. |
|
Kənan Əliyev |
“Bakı Slavyan Universitetində ingilis dili üzrə təhsil alırdım. Yaşayış yerim və maddi cəhətdən mənə Gəncədə təhsil almaq daha rahat olduğu üçün köçürülmək istədim. Sistemin elektron olması onun şəffaflığına bir daha zəmin yaradır. Heç kimlə görüşmədən, fərdi qaydada qeydiyyatdan keçdik. Vaxtımız getmədi, ən əsası isə heç bir məbləğ ödəmədik”. |
6 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42 -
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55