• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Martın 9-da Təhsil Nazirliyində BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard ilə təhsil naziri Misir Mərdanov arasında uşaqların müdafiəsi və təhsil sistemində islahatlar üzrə 2010-cu il üçün fəaliyyət planı imzalanıb.

Təhsil Nazirliyinin və BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin əməkdaşlarının iştirak etdiyi tədbirdə tərəflər arasında fəaliyyət planından irəli gələn vəzifələr müzakirə edilib. Müzakirələrdə uşaqların müdafiəsi sahəsində görüləcək işlər və perspektiv planlar, eyni zamanda ümumtəhsil məktəblərində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı məsələlər barədə təkiliflər səsləndirilib.
Təhsil naziri Misir Mərdanov ümumtəhsil məktəb rəhbərlərinə idarəetmə, menecment bacarıqları ilə bağlı təlimlərin keçirilməsinin zəruri olduğunu vurğulayıb. Nazir qeyd edib ki, “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində dövlət uşaq müəssisələrinin rəhbərləri üçün treninqlərin təşkili ilə bağlı artıq kifayət qədər təcrübə toplanılıb. Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNİCEF) əməkdaşlığı çərçivəsində 2009-cu ilin may ayından başlayaraq idarəetmə və menecment bacarıqlarının artırılması istiqamətində mütəmadi olaraq təlimlərin təşkil edildiyini nəzərə çatdıran Misir Mərdanov səmərəli qarşılıqlı əlaqələrə və göstərilən dəstəyə görə Fondun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevarda təşəkkürünü bildirib.
BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard Təhsil Nazirliyi ilə birgə əməkdaşlıqdan məmnun olduğunu söyləyib, uşaqların müdafiəsi və təhsil sahəsində aparılan islahatlara xüsusi diqqət ayırdığına görə təhsil naziri Misir Mərdanova minnətdarlıq edib.


8 il əvvəl