Tələbələr arasında futbol çempionatı
Fevralın 22-də ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında Futbol üzrə VII Respublika çempionatının açılış mərasimi keçirilib.
Təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti Firudin Qurbanov çempionatı açıq elan edərək komandalara uğurlar arzulayıb.
Nazir müavini qeyd edib ki, çempionatın keçirilməsində əsas məqsəd ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futbolun kütləviliyinin təmin edilməsi, beynəlxalq yarışlarda iştirak etmək üçün respublikanın tələbələrdən ibarət yığma komandasına namizədlərin müəyyənləşdirilməsidir.
Sonra veteran futbolçu, UEFA-nın hakim-inspektoru Asim Xudiyev 60 illik yubileyi ilə əlaqədar Azərbaycan Tələbə Futbol Federasiyasının təsis etdiyi mükafat ilə təltif edilib.
Daha sonra oyunlara start verilib. İlk oyun Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və Azərbaycan Tibb Universiteti komandaları arasında keçirilib. Topa ilk zərbəni veteran futbolçu İsgəndər Cavadov vurub.
Gərgin mübarizə şəraitində keçən oyun ADBTİA-nın qələbəsi ilə başa çatıb.
Çempionat Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin (ATFF) 2016-2020-ci illərdə fəaliyyət planına əsasən, ATFF və Azərbaycan Futbol Federasiyası Assosiasiyasının təşkilatçılığı, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Sahə Futbol Federasiyasının dəstəyi ilə keçirilir.
Yarımqrup oyunlarının 4-ü Bakı şəhərində, ikisi isə regionlarda (Şirvan şəhər və Göygöl rayonunda) keçiriləcək.
FİFA-nın mövcud qaydaları əsasında keçiriləcək oyunlar AFFA-nın Hakimlər Komitəsi tərəfindən təsdiq edilmiş hakimlər heyəti tərəfindən idarə olunacaq.
Çempionat aprelin 22-də başa çatacaq.
Çempionatda I, II və III yerləri tutan komandalar diplom, kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Həmçinin təsis edilmiş 5 nominasiya üzrə seçiləcək tələbə futbolçular xüsusi mükafatlarla təltif olunacaq.
7 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini "Elektron tibbi arayış" xidmətinin təqdimat mərasimində iştirak edib
26.04.2024 - 16:00 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
26.04.2024 - 15:00 -
“İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib
26.04.2024 - 14:10 -
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42