İnternat məktəbində bayram şənliyi
Dekabrın 23-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib.
Təhsil Nazirliyi əməkdaşlarının və KİV təmsilçilərinin iştirak etdiyi şənlikdə internat məktəbi şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya, milli və xarici rəqslər, səhnəciklər nümayiş olunub.
Uşaqlar Şaxta baba və Qar qızla birgə rəqs edib, “Yeni il” nəğməsini oxuyublar.
Sonra internat məktəbinin şagirdlərinə Təhsil Nazirliyi tərəfindən bayram hədiyyələri təqdim olunub.
Media nümayəndələrinə məlumat verilib ki, Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbi 1937-ci ildən 6 nömrəli Uşaq evi, 1985-1986-cı tədris ilindən isə internat məktəbi olaraq fəaliyyət göstərib. İnternat məktəbində Təhsil Nazirliyi tərəfindən əsaslı təmir və yenidənqurma işləri aparılıb, bu ilin sentyabr ayında isə şagirdlərin istifadəsinə verilib. Məktəbdə 11 sinif otağı, 5 fənn kabineti, 2 laboratoriya və 1 informatika otağı vardır.
KİV nümayəndələrinə həmçinin, internat məktəbinin şagirdlərindən ibarət nəfəs alətləri orkestri və rəqs qrupunun qazandığı uğurlar, müsabiqə və yarışlarda əldə olunan nailiyyətlər barədə məlumat verilib.
Hazırda internat məktəbində 47 nəfəri qız, 115 nəfəri oğlan olmaqla 162 nəfər valideyn himayəsindən məhrum olmuş uşaq təlim-tərbiyə alır. Onlardan 152 nəfər uşaq müəssisədə gecələyir. Şagirdlərin təlim-tərbiyəsi ilə 47 nəfər pedaqoji işçi məşğul olur.
7 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42 -
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55