• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Rusiyanın təhsil və elm nazirinin iştirakı ilə konfrans

Noyabrın 28-də ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının təhsil və elm naziri xanım Olqa Vasilyeva Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Olqa Vasilyeva Şəhidlər xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Daha sonra rusiyalı nazir Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələrinin Assosiasiyasının təşkilatçılığı ilə “Təhsil, elm və mədəniyyət sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının vəziyyəti və perspektivləri” mövzusunda keçirilən konfransda iştirak edib.  

Konfrans çərçivəsində Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov və rusiyalı həmkarı Olqa Vasilyeva Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının yeni korpusunun açılışında video-konfrans rejimində iştirak edib və təbrik mesajlarını səsləndiriblər.

Sonda media nümayəndələri üçün brifinq keçirilib və iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın bügünkü vəziyyəti ilə bağlı suallar cavablandırılıb.

 


7 il əvvəl