Respublika fənn olimpiadalarının final mərhələsi keçirilib
Aprelin 23-də Fizika, riyaziyyat və informatika təmayüllü liseydə Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix fənləri üzrə Respublika fənn olimpiadalarının final mərhələsi keçirilib.
Final mərhələsində 450-yə yaxın məktəbli iştirak edib və onlara açıq tipli suallar təqdim olunub. Fənlərdən asılı olaraq, təqdim edilən tapşırıqlara 3 və ya 4 saat ərzində cavab verilməsi tələb olunub.
İmtahandan çıxan şagirdlərə sualların düzgün həlləri və cavabları təqdim edilib.
Respublika fənn olimpiadalarının münsiflər heyəti şagirdlərin yazı işlərini yoxlayacaq və nəticələr həmin gün elan olunacaq. Nəticəsindən narazı olan şagirdlərə aprelin 24-də münsiflər heyəti ilə müzakirə aparmaq imkanı veriləcək.
Qeyd edək ki, Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi yanvarın 17-də keçirilib. Birinci mərhələdə riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə 27500 IX, X və XI sinif şagirdi iştirak edib. Olimpiadanın yarımfinal turunda isə 4500-ə yaxın şagird öz bilik və bacarığını nümayiş etdirib. Fənn olimpiadalarının final mərhələsində dəqiq fənlər üzrə 271 şagird iştirak edib.
8 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42 -
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55