• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Çin ali məktəblərindən Azərbaycan vətəndaşlarına dəvət

“Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq, 2016-2017-ci tədris ilində Azərbaycan vətəndaşlarının Çinin ali məktəblərində təhsil alması üçün yerlər ayrılıb.

Azərbaycan vətəndaşlarının Çinin ali məktəblərində təhsil alması üçün ayrılan kvota çərçivəsində təhsil ödənişsizdir. Ali məktəbdə qeydiyyat xərci, təhsil haqqı, laboratoriya xərci, təcrübə (internship) xərci, tədris materialları, yataqxana xərci, aylıq yaşayış xərci və s. Çin tərəfindən qarşılanır. Əlavə olaraq, Azərbaycan tərəfindən tələbələr üçün hər tədris ilində bir dəfə gediş-gəliş bileti təmin olunur.

Çinin ali məktəblərində təhsil almaq istəyən şəxslərin seçimi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Tələbələrin ali təhsil müəssisələrinə yerləşdirilməsi isə Çin tərəfindən aparılır.

Sazişə uyğun olaraq, hazırda 37 nəfər Azərbaycan vətəndaşı Beynəlxalq əlaqələr, Beynəlxalq iqtisadiyyat və ticarət, Mülki və ticarət hüququ, Politologiya və dövlət idarəçiliyi, Yeni və ən yeni çin ədəbiyyatı, Kommunikasiya və informasiya sistemləri, Neft və təbii qaz mühəndisliyi, Maşınqayırma mühəndisliyi, Antropologiya, Beynəlxalq maliyyə və investisiya və başqa ixtisaslar üzrə Çinin yüksək reytinqli ali məktəblərində təhsil alır.

Müsabiqədə iştirak etmək arzusunda olan şəxslər aprelin 1-dək tələb olunan sənədlərin surətini (skan) china.admissions@edu.gov.az ünvanına göndərə bilərlər.

 

                ELAN


8 il əvvəl