Mərkəzlərin inkişaf perspektivlərinə həsr olunmuş seminar
Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası, WWF, GIZ, BDU, ENPİ FLEG və “EkoSfera” SEC ekspertləri tərəfindən “Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ekoloji tərbiyə və təcrübəçilik, turizm və diyarşünaslıq mərkəzlərinin inkişafı perspektivləri” mövzusunda seminar keçirilib.
Respublikamızda fəaliyyət göstərən Ekoloji tərbiyə və təcrübəçilik və Gənc turistlər və diyarşünaslıq mərkəzləri direktorlarının iştirakı ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilmiş seminar beynəlxalq və yerli təcrübə əsasında fasiləsiz ekoloji təhsilin təşkili, bu sahədə strateji fəaliyyət istiqamətləri, birgə əməkdaşlıq, təcrübə mübadiləsi, ekoloji təhsil və turizm sahəsində yeni təlim üsullarının tətbiqi və müxtəlif layihələrin müzakirəsinə həsr edilib.
Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik, Turizm və Diyarşünaslıq Mərkəzinin direktoru Firuzə Sultan-zadə tədbir iştirakçılarını salamlayaraq seminarın işinə uğurlar arzulayıb.
Ekoloji təhsil sahəsində görülmüş işlər barədə, ekosistem xidmətləri, biomüxtəlifliyin qorunması, meşə ekosistemlərinin mühafizəsi və bərpası ilə bağlı təqdimatlarda gələcək inkişaf strategiyasının əsas hədəfləri haqqında ətraflı məlumat verilib. Ekoloji və turizm mərkəzlərinin respublika şəbəkəsinin yaradılması perspektivləri, ali və orta təhsil müəssisələrində ekologiyanın əlaqəli tədrisi haqqında fikirlər səsləndirilib. Pedaqoji kadrlarla ekoloji mövzuların tədrisi, kütləvi tədbirlərin keçirilməsi, ətraf mühitin mühafizəsi, uşaq turizmi sahəsində dövlət qurumları və ictimai təşkilatlarla əlaqələrin genişləndirilməsi kimi məsələlər ətrafında geniş müzakirələr aparılıb, mərkəz rəhbərləri ilə xüsusi tapşırıqlar üzrə qrup işləri təşkil olunub.
8 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42 -
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55