Sentyabrın 22-də Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Belarus Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçi qəbul edib.
Təhsil naziri səfiri bu vəzifəyə təyin olunması münasibətilə təbrik edərək ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi sahəsində uğurlar arzulayıb.
Görüş zamanı Azərbaycanla Belarus arasında təhsil sahəsində əlaqələrin mövcud vəziyyəti və Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının müəyyən etdiyi hədəflərə uyğun gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
8 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42 -
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55