• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Sentyabrın 12-də “Gülüstan” sarayında “Prezident İlham Əliyev və Azərbaycanda Təhsilin İnkişafı ” kitabının təqdimat mərasimi keçirilib.

Sentyabrın 12-də “Gülüstan” sarayında “Prezident İlham Əliyev və Azərbaycanda Təhsilin İnkişafı ” kitabının təqdimat mərasimi keçirilib.
Təqdim olunan kitabda Prezident İlham Əliyevin 2003-2008-ci illərdə təhsil sahəsində imzaladığı fərman və sərəncamlar, təsdiq etdiyi proqramlar, dövlət başçısının təhsillə bağlı nitq və çıxışları, onun rəhbərliyi ilə bu sahədə qazanılan nailiyyətlər əksini tapıb.Nəşrdə son illərdə ölkəmizdə inşa edilmiş və əsaslı təmir olunmuş təhsil müəssisələrinin siyahısı və fotoşəkilləri də verilib.
Tədbirdə təhsil naziri Misir Mərdanov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsil sisteminə, müəllimlərə göstərdiyi diqqət və qayğısından danışıb. Son illərdə təhsil sahəsində qazanılan uğurlardan bəhs edən nazir ölkəmizdə ümumtəhsil, ali və orta ixtisas, texniki -peşə təhsilinin inkişafı, informasiya -kommunikasiya texnologiyalarının bu sahəyə tətbiqi üzrə həyata keçirilən proqramların əhəmiyyətini vurğulayıb.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov, Milli Məclis sədrinin müavini Bahar Muradova, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov və digər natiqlər çıxış edərək kitabın təhsil tariximizə çox dəyərli töhfə olduğunu qeyd ediblər.


8 il əvvəl