• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Mayın 7-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə ADA Universitetində Azərbaycan-Vyetnam Dostluq Forumu öz işinə başlayıb.

Forumdan öncə iştirakçılar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə əklil qoyublar. Sonra qonaqlar akademik Zərifə xanım Əliyevanın məzarı önünə gül dəstələri düzüb, həmçinin Şəhidlər xiyabanını da ziyarət ediblər.
Forumda 1970-80-ci illərdə Azərbaycanın ali təhsil müəssisələrindən məzun olmuş Vyetnam vətəndaşları, Milli Məclisin üzvləri, Təhsil Nazirliyinin əməkdaşları, ali təhsil müəssisələrinin rəhbərləri, hazırda Azərbaycanda təhsil alan vyetnamlı tələbələr və digər şəxslər iştirak edirlər.
Tədbirin açılış mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov forumun keçirilməsi təşəbbüsünün 18-19 may 2014-cü il tarixlərində Vyetnama ilk rəsmi səfəri çərçivəsində Azərbaycan ali təhsil müəssisələrinin vyetnamlı məzunları ilə görüşü zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürüldüyünü bildirib. Nazir iki ölkə arasında tarixi əlaqələrin olduğunu, XX əsrin ikinci yarısında Vyetnam Prezidenti Ho Şi Minin Azərbaycana və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Vyetnama səfərlərinin bu əlaqələrin güclənməsində müstəsna rol oynadığını vurğulayıb.
Təhsil naziri bu günə qədər Azərbaycanda iki mindən artıq Vyetnam vətəndaşının təhsil aldığını və onların Vyetnamda siyasi, iqtisadi, hərbi, elm və təhsil sahələrində məsul vəzifələrə layiq görülməsinin Azərbaycanın ali təhsil sisteminin yüksək keyfiyyətli kadr yetişdirmək iqtidarında olduğunu bariz nümunəsi olduğunu qeyd edib.
Vyetnam Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədr müavini Ngo Due Manh forumun açılış mərasimində çıxış edərək Vyetnamın çətin vaxtlarında Azərbaycanın onlara dəstək göstərdiyini, yüzlərlə vyetnamlının Azərbaycanın aparıcı ali təhsil müəssisələrində təhsil alaraq Vyetnamın inkişaf etdirilməsinə böyük töhfə verdiyini bildirib. O, Azərbaycan Respublikası Prezidentinin 2014-cü ildə Vyetnama ilk rəsmi səfərinin ölkələrimiz arasında mövcud əlaqələrin daha da genişlənməsində xüsusi rol oynadığını qeyd edib. N.Due Manh bütün Vyetnam nümayəndə heyətinin uzun illər sonra ikinci doğma diyarları olan Azərbaycana səfər etməkdən böyük sevinc hissi keçirdiyini və Azərbaycan Respublikasının Prezidentinə bu forumun keçirilməsi təşəbbüsünə görə minnətdarlığını ifadə edib.
Forum siyasi, parlamentlərarası, enerji və təhsil sahələrində Azərbaycanla Vyetnam arasında münasibətlərin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivlərinə həsr olunan sessiyalarla öz işini davam etdirir.
Qeyd edək ki, Vyetnam nümayəndə heyəti Bakıya səfəri çərçivəsində mayın 6-da məzun olduqları Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft Akademiyasını ziyarət edib, keçmiş müəllimləri ilə görüşlər keçirib.
 


8 il əvvəl