Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“STEAM Azərbaycan” layihəsi

Yaranma tarixi: 2019-cu il
 

Məqsəd: Təhsilalanlarda XXI əsr bacarıqlarını — tənqidi və yaradıcı düşüncə, əməkdaşlıq, effektiv ünsiyyət və problemlərin həllində innovativ yanaşma qabiliyyətlərini inkişaf etdirməkdir. Layihə praktiki və yaradıcı öyrənmə mühitinin qurulması vasitəsilə müxtəlif fənlərin inteqrativ yanaşma əsasında tədrisini təşviq edir. Təhsilalanlar real həyat problemlərinin həllinə yönəlmiş layihələr üzərində işləyərək nəzəri biliklərini praktikada tətbiq etməyi öyrənirlər.
 

Həmçinin layihə təhsilalanların müasir texnologiyalara adaptasiya olunmasını sürətləndirməyi və İKT avadanlıqları, robototexnika, 3D modelləşdirmə, mühəndislik kimi innovativ vasitələrdən istifadə bacarıqlarını təkmilləşdirməyi hədəfləyir. Bu yanaşma yalnız biliklərin ötürülməsi ilə kifayətlənmir, həm də təhsilalanların düşüncə tərzini, təşəbbüskarlığını və gələcəkdə öz cəmiyyətlərinə töhfə verə biləcək liderlik xüsusiyyətlərini inkişaf etdirməyə yönəlib. 
 

Məlumat: Layihənin əhatə olunduğu ümumtəhsil məktəblərində tədris prosesi “Erkən yaşdan proqramlaşdırıla bilən sistemlər”, "Birplatalı mikrokontroller ilə kodlaşdırma", "Arduino", “Mühəndislik” (elektrik mühəndisliyi, kimya mühəndisliyi, sənaye mühəndisliyi, gen mühəndisliyi və s.) , “Biotexnologiya”, “Nanotexnologiya”, “Mexatronika və Robototexnika”, “CAD və CAM sistemləri”, (“3D modelləşdirmə, çap, CNC lazer oyma və kəsmə”), “Alternativ enerji”, “Sahibkarlıq” proqramları istiqamətində hazırlanmış məzmuna uyğun aparılır.
 

Hazırda Bakı, Xırdalan, Sumqayıt, Quba, İsmayıllı, Ağdaş, Bərdə, Tovuz, Şəmkir, Zaqatala, Qax, Sabirabad, Şirvan, Lənkəran, Mingəçevir, Gəncə, Şuşa STEAM mərkəzlərində şagirdlər müxtəlif proqramlar üzrə təlimlərdə iştirak edirlər. 
 

Ölkə üzrə il boyu 10000-dən çox şagird STEAM mərkəzlərində sadalanan proqramlar əsasında müxtəlif yaş qrupları üçün nəzərdə tutulan “Yaradıcılıq və incəsənət”, “Kodlaşdırma”, “Mexatronika və robototexnika”, “Peyk texnologiyaları”, “Dron texnologiyaları”, “Proqramlaşdırılan sistemlər”, “Alternativ enerji”, “ROV və AUV sistemləri”, “Pilotsuz gəmi sistemləri”, "Məntiqi labirintlər", "CAD/CAM sistemləri", "Robotlarla öyrən", "Süni intellekt", "Sahibkarlıq bacarıqları" üzrə təlim proqramlarından yararlanır.
 

Əhatə dairəsi: STEAM layihəsi 3-9-cu siniflər olmaqla 407 ümumtəhsil məktəbindən 303403 şagirdi əhatə edir. Ölkə üzrə 21 STEAM Mərkəzi fəaliyyət göstərir. 
 

2025-2026-cı tədris ilindən layihənin 3-cü siniflərdə də tətbiqinə başlanılıb.
 

İnternet resursları: