Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Koreya səfiri Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Tong Opla görüş keçirilib. “Peşə Tədris Mərkəzinin yaradılması” layihəsinin rəhbəri Heo Yo Sydonio layihənin cari vəziyyəti, görülən işlər barədə məlumat verib. Layihə rəhbəri Koreya standartları əsasında fəaliyyət göstərəcək yeni peşə təhsil müəssisəsinin Azərbaycanda rəqabət qabiliyyətli kadr təminatının artırılmasına, peşə təhsili pilləsinin inkişafına faydalı olacağını qeyd edib. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov mərkəzin qlobal sənaye ehtiyaclarına cavab verə biləcəyini, rəqabətqabiliyyətli kadrların hazırlığına istiqamətləndiyini deyib. Mərkəzin ölkənin ən qabaqcıl sənaye müəssisələri ilə əməkdaşlığa başladığını diqqətə çatdıran agentlik direktoru gələcəkdə Koreya şirkətləri ilə də əməkdaşlıq qurulacağına ümid etdiyini bildirib. Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Tong Op yeni yaradılan Peşə Təhsili Mərkəzindəki cari vəziyyətlə tanışlıqdan məmnunluğunu diqqətə çatdırıb və koreyalı mütəxəssislər tərəfindən yerli müəllimlərə təlimlər keçirilməsinin əhəmiyyətindən danışıb. Birgə tədbirlərin, layihələrin təşkilində maraqlı olduğunu qeyd edən səfir Kim Tong Op Peşə Təhsili üzrə Dövlət Agentliyi və Koreya Respublikası arasında mövcud əməkdaşlığın daha da məhsuldar olmasını arzu etdiyini bildirib. Yeni peşə təhsil müəssisəsi Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında yaradılmış ilk pilot təhsil müəssisəsidir. Müasir maddi-texniki baza ilə təchiz edilmiş, əsas tədris binası, 2 emalatxana, yataqxana, idman meydançası və digər zəruri infrastrukturu özündə cəmləyən təhsil kompleksində sonuncu tamamlama işləri gedir.

Yeni Peşə Təhsil Mərkəzinə elektron sənəd qəbulu davam edir

2019-2020-ci tədris ili üzrə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında yaradılan yeni Peşə Təhsil Mərkəzinə sənəd qəbulu prosesi davam edir. Ən müasir maddi-texniki baza ilə təchiz edilmiş mərkəzdə torna və frezer dəzgahların operatoru, avtomobil diaqnostikası və təmiri ustası, sənayedə quraşdırma işləri üzrə usta, elektronika ustası, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, inşaat ustası, veb dizayner və proqram təminatçısı və avtomatika ixtisasları üzrə 1 illik proqramlarda təhsil almaq mümkündür. Peşə Təhsil Mərkəzində təhsil almaq istəyən şəxslər http://bsiic.edu.az/ saytı vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər. Qeydiyyat prosesi iyulun 25-dək davam edəcək. Yeni təhsil müəsisəsi Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında yaradılmış ilk pilot təhsil müəssisəsidir. Ən müasir maddi-texniki baza ilə təchiz edilmiş təhsil kompleksi əsas tədris binası, 2 emalatxana, yataqxana, idman meydançası və digər zəruri infrastrukturu özündə cəmləyir. Qlobal sənaye ehtiyaclarına cavab verə biləcək, rəqabətqabiliyyətli kadrların hazırlığına istiqamətlənən mərkəz ölkənin ən qabaqcıl sənaye müəssisələri ilə əməkdaşlığa başlayıb.    

Müəllimlərin işə qəbulu - fotolar

.

Müəllimlərin işə qəbulundan daha 3 yüksək nəticə

İyulun 17-də ibtidai sinif müəllimliyi üzrə keçirilən işə qəbul imtahanlarında Aidə Mikayılova, Günel Məmmədova və Lalə Babayeva 58 bal toplayaraq yüksək nəticə əldə ediblər. Aidə Mikayılova Azərbaycan Dövlət Pedaqoji Universitetin nəzdində Pedaqoji Kollecinin, Günel Məmmədova Lənkəran Dövlət Humanitar Kollecinin, Lalə Babayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunudurlar. İyulun 18-də ibtidai sinif, təsviri incəsənət və fiziki tərbiyə müəllimi olmaq istəyənlər imtahan verəcək.

Pedaqoji mühazirələrin yekunları

2018-2019-cu dərs ilində keçirilən respublika pedaqoji mühazirələrinin yekun nəticələri məlum olub. Belə ki, nəticələrə əsasən 13 nəfər I, 18 nəfər II, 24 nəfər III dərəcəli diplomla təltif edilib. Həmçinin 53 nəfərə isə “Tərifnamə” təqdim olunub. Pedaqoji mühazirələr ümumi təhsillə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərinin təcrübələrini təbliğ etmək və onlar arasında pedaqoji əməkdaşlıq yaratmaq, həmçinin perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaq məqsədilə keçirilib. Pedaqoji mühazirələrin rayon (şəhər) mərhələsində 3642 məruzə dinlənilib, onlardan 182-si respublika turuna təqdim olunub. Məruzələr mütəxəssislərin ekspertizasından keçirildikdən sonra onlardan 155-i yekun mərhələyə təqdim edilib. Ümumilikdə ölkə mərhələsi üzrə 18 bölmədə 149 mühazirə dinlənilib. Proqrama “Ümumi pedaqoji məsələlər”, “Ümumtəhsil məktəbinin idarəolunmasının təkmilləşdirilməsi”, “Şəxsiyyətyönümlü təhsil: təcrübə və metodika”, “Metodiki xidmətin təkmilləşdirilməsi”, “Qabaqcıl təcrübə”, “Məktəbəhazırlıq təhsilin təşkili”, “İbtidai təhsilin keyfiyyətinin yüksəldilməsi”, “İstedadlı şagirdlərlə işin təşkili”, “Ümumtəhsil məktəbində psixoloji xidmətin təşkili”, “Məktəbdənkənar və sinifdənxaric tədbirlərin təşkili”, “Tərbiyə işlərinin təkmilləşdirilməsi” bölmələri daxil edilib. Yekun mərhələdə  Bakı şəhəri 16,  Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalar 11, Naxçıvan Muxtar Respublikası, Psixologiya Elmi-Tədqiqat İnstitutu 5, Gəncə, Mingəçevir şəhərləri, Cəlilabad rayonu 4, Sumqayıt şəhəri, Samux rayonu 3, Təhsil İnstitutu 1, respublikanın digər şəhər və rayonları 93 məruzəçi ilə təmsil edilib.   Respublika pedaqoji mühazirələrinin yekunları barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Müəllimlərin işə qəbulu imtahanları davam edir

İyulun 17-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir. Bu gün keçirilən imtahanlarda  ibtidai sinif müəllimi olmaq istəyən namizədlər iştirak edir. İmtahana 3280 namizədin qatılacağı gözlənilir. Qeyd edək ki, iyulun 16-da keçirilən ibtidai sinif müəllimliyi üzrə müəllimlərin işə qəbulu imtahanlarında 2 881 namizəd iştirak edib. Namizədlər arasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) məzunu Aysel Məmmədova və ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunu Sara Xəlilova 58 bal toplayaraq yüksək nəticə əldə ediblər. İmtahanlar iyulun 24-dək davam edəcək.

Müəllimlərin işə qəbulu imtahanlarında növbəti yüksək bal

İyulun 16-da ibtidai sinif üzrə müəllimlərin işə qəbulu imtahanlarında yüksək nəticə qeydə alınıb. Belə ki, namizədlərdən Aysel Məmmədova imtahandan uğurla keçərək 58 bal toplayıb. Aysel Məmmədova Azərbaycan Dövlət Pedaqoji Universitetində ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə təhsil alıb. Müəllimlərin işə qəbulu üzrə imtahanlar iyulun 24-dək davam edəcək.

“Media və təhsil dialoqu” çərçivəsində təlim-konfrans

İyulun 16-da Bakı Dövlət Universitetində Təhsil Nazirliyinin təşəbbüsü ilə “Ali təhsil müəssisələrində PR: strukturun və media ilə işin düzgün qurulması, hədəf auditoriyaları” mövzusunda təlim-konfrans keçirilib. BDU-nun rektoru Elçin Babayev son illərdə təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, bu il 100 yaşı tamam olan universitetin fəaliyyəti barədə məlumat verib. Təlim-konfransın media ilə təhsil dialoqu baxımından mühüm əhəmiyyətini qeyd edən Elçin Babayev bildirib ki, təlimin əsas məqsədi ali təhsil müəssisələri ilə media qurumlarının əlaqələrinin daha da yaxşılaşdırılması, mətbuat xidməti rəhbərlərinin bu sahədə bacarıq və peşəkarlıqlarının artırılmasıdır. Çıxışının sonunda rektor media nümayəndələrini 22 iyul – Milli Mətbuat Günü münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Təhsil nazirinin müşaviri Elnur Məmmədov ali təhsil müəssisələrində PR işinin təşkilinin əsas məqsədlərini sadalayıb, təhsilin mediada düzgün və geniş şəkildə işıqlandırılmasının əhəmiyyətindən bəhs edib. Cəmiyyətdə təhsilin mühüm rolunu vurğulayan Təhsil nazirinin müşaviri media ilə təhsil müəssisələri arasındakı əlaqələrlə bağlı fikirlərini bildirib, nazirliyin hər zaman belə tədbirlərin keçirilməsinə önəm verdiyini əlavə edib. Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehovun moderatorluğu ilə davam edən konfransda  BDU-nun jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova “PR: strukturun və media ilə işin düzgün qurulması… Hədəf auditoriyası kimdir?”, “Alibayov” kommunikasiya və konsaltinq şirkətinin baş direktoru Vəli Əlibəyov isə “Ali təhsil müəssisələrində ictimaiyyətlə əlaqələr fəaliyyətinin strategiya və taktikası” mövzusunda təqdimatla çıxış ediblər. Bildirilib ki, müəssisənin daxili PR-nın təşkili, KİV və sosial mediada monitorinqin aparılması, kommunikasiya və ictimaiyyətlə əlaqələr sahəsində beynəlxalq təcrübənin tətbiqi vacib məsələlərdəndir. Təlim-konfrans mövzu ilə bağlı müzakirələrlə davam etdirilib.

Latviyada təhsil təqaüd proqramının nəticələri açıqlanıb

Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında təhsil sahəsində uğurlu əməkdaşlığın nəticəsi olaraq, 2019-2020-ci tədris ili Latviya Hökumətlərarası Təqaüd Proqramı üçün qarşı tərəfdən keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqə nəticəsində 12 nəfər Azərbaycan vətəndaşı bu ölkənin təqaüdünə layiq görülüb. Qeyd edək ki, Latviya hökumətinin bu təqaüdünü qazanan digər 28 ölkə üzrə ən çox təqaüd qazanmış ölkələr arasında Azərbaycan 2-ci yerdədir. İlk onluq təqdim edilir:   Ölkə Say Almaniya 13 Azərbaycan 12 Ukrayna 11 Finlandiya 10 Qazaxıstan 9 İsrail 9 Çin 9 Özbəkistan 4 ABŞ 4 Türkiyə 4   Seçim barədə Latviya tərəfindən verilən yekun qərara əsasən,  saziş üzrə Azərbaycan vətəndaşları Latviyanın “Riga Technical University”, “University of Latvia”, ” Latvia University of Agriculture” və “Riga Graduate School of Law” ali təhsil müəssisələrində müxtəlif ixtisaslar və təhsil səviyyələri  üzrə  bakalavriat (2 nəfər), magistratura (6 nəfər), doktorantura (2nəfər) və tədqiqat işi (2 nəfər) üçün  təhsilini davam etdirmək hüququ qazanıb. Müvafiq təqaüd proqramı barədə cari ilin 8 fevral tarixində elan verilib. 

Müəllimlərin işə qəbulu imtahanlarının növbəti günü

İyulun 16-da ibtidai sinif müəllimi olmaq istəyən namizədlərin imtahanları davam edir. İmtahanlarda 3 280 namizədin iştirakı gözlənilir. Qeyd edək ki, ötən gün keçirilən ibtidai sinif üzrə müəllimlərin işə qəbulu imtahanlarında 2 879 namizəd iştirak edib.Namizədlərdən Sevinc İsmayılova, Aytac Binnətli, Sahibə Rəhimova və  Elgün Şahbazov 57 bal toplayaraq ən yüksək nəticə göstərib. İmtahanda iştirak edən 1 216 namizəd 36 bal, 246 nəfər isə 48 baldan yüksək nəticə əldə ediblər.  İmtahanlar iyulun 24-dək davam edəcək.

15/06/2026

Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan

Ətraflı
13/06/2026

Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng

Ətraflı
13/06/2026

Şağan və Mərdəkanda "Son zəng" tədbiri

Ətraflı