Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəbəhazırlıq üçün məktəb seçimi başlayır

Məktəbəhazırlıq qruplarına elektron qeydiyyatdan keçmiş valideynlər (digər qanuni nümayəndələr) 12 avqust saat 11:00-dan məktəb seçimi edə bilərlər.   2021-2022-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.   Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə  bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il saat 18:00-da başa çatacaq.    Qeyd edək ki, Təhsil Nazirliyi məktəbəhazırlıq qruplarına elektron qeydiyyatla bağlı vətəndaş müraciətlərinin cavablandırılması üçün aşağıdakı xidmətləri təqdim edir:

"Məktəbdə liderliyin inkişafı" təliminə start verilib

"Direktorlar klubu" çərçivəsində növbəti qrup üçün "Məktəbdə liderliyin inkişafı" təliminə start verilib.   Müxtəlif bölgələrdən 60 məktəb direktorunun iştirak etdiyi onlayn təlim 9-13 avqust tarixlərini əhatə edir. Təlimlər strateji planlaşdırma, liderlik, məktəbdaxili monitorinq və keyfiyyətə nəzarət, təşkilati davranış, komanda işinin təşkili və motivasiya mövzularını əhatə edir.   Təlimlərin mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur və sadəcə "Direktorlar klubu"nun üzvləri üçün keçirilir.   Qeyd edək ki, “Direktorlar klubu” Təhsil Nazirliyinin dəstəyi, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının və Təhsil İdarəçiləri Assosiasiyasının təşkilatçılığı, “Kapital Bank”ın baş sponsorluğu ilə yaradılıb. Kluba üzv olmaq istəyən ümumtəhsil məktəblərinin direktorları müvafiq linkə keçid edə bilərlər: https://forms.gle/1QVWonEzjMimNRNp9

Dövlət Proqramı məzunu RTŞ əməkdaşlarına təlim keçib

Avqustun 10-da “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı“nın məzunu tərəfindən rayon (şəhər) təhsil şöbələrinin əməkdaşlarına onlayn təlim keçirilib.    Təlimçi sözügedən proqram çərçivəsində Böyük Britaniyanın “University of Glasgow” ali təhsil müəssisəsində təhsil elmləri ixtisası üzrə magistratura təhsili almış Samirə Həsənzadə olub.    Yerli təhsili idarəetmə orqanlarının əməkdaşları üçün keçirilən onlayn təlim “Liderlik” mövzusuna həsr edilib.    Təlimdə Təhsil Nazirliyinin tabeliyində olan müxtəlif rayon (şəhər) təhsil şöbələrinin əməkdaşları iştirak edib. Təlimdə liderliyin əsas xüsusiyyətləri, lider ilə idarəçi arasındakı fərq, liderliyin müxtəlif tərzləri və digər məsələlərə dair məlumatlar paylaşılıb. 

Azərbaycan dili və ədəbiyyat, coğrafiya, ibtidai sinif və tarix fənləri üzrə vakansiya seçimi

2021-2022-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimi mərhələsi 11 avqust saat 12:00-da başlayacaq. Vakansiya seçimi Azərbaycan dili və ədəbiyyat, coğrafiya, ibtidai sinif və tarix fənləri üzrə həyata keçiriləcək. Seçimlərdə müvafiq fənlər üzrə 30 və daha yüksək bal toplamış şəxslər iştirak edə bilərlər.   Namizədlər 14 avqust saat 11:59-dək vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər.   Namizədlərə vakansiya seçimi zamanı diqqətli olmağı, seçimi yekunlaşdırdıqdan sonra təsdiqləməyi unutmamağı tövsiyə edirik.   Qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

Xaricdə doktorantura təhsili üçün az vaxt qaldı

2021-ci ilin payız semestri üzrə xaricdə doktorantura təhsili üçün sənəd qəbulu davam edir.    “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində  xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulu 15 avqust 2021-ci il saat 23:59-dək davam edəcək.      Sənəd qəbuluna dair ətraflı məlumatla elan mətnindən tanış ola bilərsiniz.

Cənubi Koreyanın nüfuzlu ali təhsil müəssisəsində oxumaq imkanı

2021-2022-ci tədris ili üçün Bakı Mühəndislik Universiteti və Cənubi Koreyanın nüfuzlu ali təhsil müəssisəsi olan İNHA  Universiteti tərəfindən həyata keçirilən beynəlxalq ikili diplom proqramının (BMU-İNHA İDP) bakalavr pilləsinə onlayn qeydiyyat prosesi davam edir. Qeydiyyat 14 avqust saat 23:55-dək davam edəcək. Müraciət üçün sənədlər göstərilən tarixədək onlayn anket formasında təqdim edilməlidir.   2021-2022-ci tədris ili üzrə ingilis dilində 4 il müddətində həyata keçiriləcək bakalavr proqramına informasiya texnologiyaları, inşaat mühəndisliyi, elektrik mühəndisliyi və elektronika mühəndisliyi ixtisasları üzrə hər biri 25 nəfər olmaqla 100 nəfərin qəbul edilməsi nəzərdə tutulur.     Proqramın 3 il müddətində Bakı Mühəndislik Universiteti, 1 il müddətində isə İNHA Universitetində tədrisi nəzərdə tutulur.    Sonda tələbələrə təhsil aldıqları ixtisas üzrə həm BMU, həm də İNHA Universiteti tərəfindən bakalavr diplomu təqdim ediləcək.   Təhsilalanların təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri, habelə Cənubi Koreyada 1 illik təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri də “2019-2023 Dövlət Proqramı” tərəfindən qarşılanır.    Qeyd edək ki, beynəlxalq ikili diplom proqramına qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul imtahanlarının (bakalavriat pilləsi üzrə) nəticələri və İNHA Universiteti tərəfindən keçirilən daxili müsabiqə əsasında aparılır. Belə ki, BMU-İNHA İDP-yə Azərbaycan Respublikasının vətəndaşı olan və 2021-ci ildə DİM imtahanlarında iştirak etmiş və uğurla keçən I ixtisas qrupunun abituriyentləri və BMU-İNHA İDP-nin hər ixtisas üzrə müəyyən edilmiş müvafiq keçid balını toplamış namizədlər müraciət edə bilər. Əlavə olaraq, proqrama müraciət etmiş namizədlər BMU ilə İNHA Universitetinin birgə təşkil etdiyi daxili imtahandan uğurla keçməlidirlər. Daxili imtahanda iştirak etmək üçün “onlayn anket formasını” dolduraraq tələb olunan sənədləri təqdim etmək lazımdır.   BMU-İNHA İDP-yə qəbul üçün daxili imtahan avqustun 17-də (yazılı) və avqustun 19-da (şifahi) keçiriləcək. İmtahan nəticələri isə avqustun 23-də elan ediləcək.    Ətraflı məlumatı  elandan əldə edə bilərsiniz.

Vakansiya seçimi mərhələsinin nəticələri şəxsi səhifələrə göndərildi

2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib. Müsabiqənin vakansiya seçimi mərhələsi Azərbaycan dili, alman dili, fizika, fiziki tərbiyə, fransız dili, kimya, informatika, riyaziyyat, rus dili və ədəbiyyatı, texnologiya və təsviri incəsənət fənləri üzrə 3-6 avqust tarixlərində keçirilib. Seçimlərdə 2255 namizəd uğur qazanaraq müsabiqənin müsahibə mərhələsində iştirak etmək imkanı qazanıb. Qeyd edək ki, cari vakansiya seçimi mərhələsində ilk dəfə olaraq informatika fənni üzrə imtahanlarda iştirak etmiş namizədlərə “Rəqəmsal bacarıqlar” layihəsi üzrə də seçim etmək imkanı verilib. Layihə üzrə vakansiyaya çıxarılan 166 vakant yerə proqram təminatı tətbiq edilməklə elektron şəkildə yerləşdirmə həyata keçirilib. Eyni zamanda namizədlərin şəxsi səhifəsində müsahibə mərhələsi ilə bağlı məlumatlar da qeyd olunub. Vakansiya seçimi mərhələsində uğur qazanan namizədləri təbrik edir və onlara müsahibə mərhələsində uğurlar arzulayırıq!

Müsahibə mərhələsi başlayır

Avqustun 18-dən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində uğur qazanmış namizədlər üçün müsahibə mərhələsi həyata keçiriləcək. Müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək.   Eyni zamanda müsahibə mərhələsində iştirak edəcək namizədlər üçün Azərbaycan və rus bölməsi üzrə müsahibə mövzuları hazırlanıb. Namizədlər miq.edu.az saytına daxil olaraq hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər.   Qeyd edək ki, müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.

Məktəbəhazırlıq qruplarına qəbulla bağlı müraciət vasitələri

Avqustun 10-dan 2021-2022-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbuluna start verilib. Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.   Təhsil Nazirliyi məktəbəhazırlıq qruplarına elektron qeydiyyatla bağlı vətəndaş müraciətlərinin cavablandırılması üçün aşağıdakı xidmətləri təqdim edir:

Peşə təhsili müəssisələrinə 2021-2022-ci tədris ili üzrə tələbə qəbulu başlayır

Avqustun 10-dan etibarən peşə təhsili müəssisələrinə 2021-2022-ci tədris ili üzrə tələbə qəbuluna start verilir. Ötən ildə olduğu kimi peşə təhsili müəssisələrinə tələbə qəbulu elektron qaydada ödənişsiz formada aparılacaq. Peşə təhsili almaq istəyən şəxslər 10-20 avqust tarixlərində portal.edu.az platforması vasitəsilə qeydiyyatdan keçməlidirlər. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır.   Qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.   Müraciət edən şəxslərin nəticələri barədə məlumatın “Şəxsi kabinetim” bölümündə yerləşdirilməsi və “SMS” bildiriş vasitəsilə də təqdim edilməsi nəzərdə tutulur. Müsabiqədən uğurla keçən namizədlər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərin əslinin təqdim edilməsi üçün dəvət olunacaqlar.   Qeyd edək ki, 2021-2022-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas olmaqla 21 260 yer üzrə aparılacaq. Ötən il ilə müqayisədə qəbul planı 9,6 faiz artırılıb. Yeni tədris ilində peşə təhsilinin əhatəsinin genişləndirilməsi ilə yanaşı yeni ixtisasların da tədrisinə başlanılması nəzərdə tutulur. Texniki peşə təhsil səviyyəsi üzrə 4 yeni ixtisasın, yüksək texniki peşə təhsil səviyyəsi üzrə isə 15 yeni ixtisasın tədrisi aparılacaq. Təklif edilən yeni ixtisaslar əmək bazarının tələbləri nəzərə alınmaqla formalaşdırılıb.   2021-2022-ci tədris ilində ilk dəfə olaraq 5 regionda yerləşən 7 peşə təhsil müəssisəsində yüksək texniki peşə təhsil səviyyəsinin tədrisi aparılacaq. 15 ixtisas üzrə aparılacaq qəbul prosesində dövlət hesablı 840 yer ayrılıb. Yüksək texniki peşə təhsili səviyyəsi - peşə təhsil pilləsinin ən yüksək səviyyəsi olmaqla subbakalavr ixtisas dərəcəsi üzrə kadr hazırlığını nəzərdə tutur.  

15/06/2026

Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan

Ətraflı
13/06/2026

Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng

Ətraflı
13/06/2026

Şağan və Mərdəkanda "Son zəng" tədbiri

Ətraflı