Elm və Təhsil Nazirliyi regional təhsil idarələrində aşağıdakı vəzifələr üzrə müsahibə elan edir:
1. Dağlıq Şirvan Regional Təhsil İdarəsi – Maliyyə-iqtisadiyyat sektoru, baş məsləhətçi;
2. Qarabağ Regional Təhsil İdarəsi – Tədrisin keyfiyyəti sektoru, aparıcı məsləhətçi;
3. Quba – Xaçmaz Regional Təhsil İdarəsi – Tədrisin keyfiyyəti sektoru, məsləhətçi;
4. Quba – Xaçmaz Regional Təhsil İdarəsi – İnzibati təşkilat sektoru, aparıcı məsləhətçi;
5. Mil – Muğan Regional Təhsil İdarəsi, Sabirabad rayonu üzrə təhsil sektoru, aparıcı məsləhətçi;
6. Şirvan – Salyan Regional Təhsil İdarəsi, Maliyyə-iqtisadiyyat sektoru, aparıcı məsləhətçi.
Elan üzrə sənəd qəbulu yalnız Dövlət İmtahan Mərkəzinin (DİM) internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir. Müsabiqə üzrə müsahibədə iştirak etmək istəyən namizədlər 1 may 2023-cü il tarixindən 30 may 2023-cü il saat 18:00-dək DİM-in internet portalında aşağıdakı linkə daxil olmaqla qeydiyyatdan keçə bilərlər:
https://exidmet.dim.gov.az/dqq/Elan/MsbMshElanList?ElanID=517
01.05.2023 - 15:15
Digər xəbərlər
-
İnsan Resursları və İdarəetmə Forumu keçirilir
03.06.2023 - 16:51 -
Lütfi Zadə adına məntiq olimpiadası və fənn müsabiqələrinin final mərhələsi keçirilib
03.06.2023 - 12:21 -
SİMA nazirliyin informasiya sisteminə inteqrasiya edilib
02.06.2023 - 16:17 -
Xaricdə təhsil üzrə Dövlət Proqramına sənəd qəbulu uzadılıb
02.06.2023 - 14:27 -
Şuşada ilk beynəlxalq uşaq rəqs festivalı keçirilib
01.06.2023 - 14:15