Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Dekabrın 26-da Təhsil Nazirliyi ilə “Azərsun Holdinq” şirkətlər qrupu arasında “Təhsil müəssisələri ilə əməkdaşlıq” layihəsi çərçivəsində görüləcək işlərə dair niyyət protokolu imzalanıb.
İmzalanma mərasimini giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov “Azərsun Holdinq” şirkəti ilə belə bir sənədin imzalanmasını Azərbaycan təhsili üçün yaddaqalan və böyük əhəmiyyətli hadisə kimi qiymətləndirib. Nazir bildirib ki, niyyət protokolunun imzalanması Biləsuvar rayonunda fəaliyyət göstərən peşə liseyinin inkişafının birgə təmin edilməsi məqsədinə xidmət edir.
Layihənin mahiyyəti barədə mərasim iştirakçılarını məlumatlandıran təhsil naziri qeyd edib ki, “Təhsil müəssisələri ilə əməkdaşlıq” layihəsi çərçivəsində peşə təhsili üzrə müəllim və şagirdlərin bilik və bacarıqlarının artırılması, onların elmi-texniki yeniliklərə yiyələnməsi üçün tədbirlər həyata keçirməklə əmək bazarı ehtiyaclarına uyğun kadrların hazırlanmasının tənzimlənməsi istiqamətində birgə fəaliyyət nəzərdə tutulur.
Biləsuvar peşə liseyində təhsil alan şagirdlərə “Azərsun Holdinq” şirkətlər qrupunun Muğan bölgəsindəki istehsalat müəssisələrində təcrübə keçmələrinə şəraitin yaradılacağını vurğulayan nazir layihədə peşə liseyində çalışan mühəndis-pedaqoji heyətin ixtisas səviyyəsinin artırılması üçün tədbirlərin də nəzərdə tutulduğunu diqqətə çatdırıb. Misir Mərdanov layihənin ölkə Prezidenti tərəfindən təsdiq olunmuş peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramının həyata keçirilməsi istiqamətində atılmış mühüm addımlardan biri kimi dəyərləndirib. Nazir eyni zamanda Təhsil Nazirliyi ilə “Azərsun Holdinq” arasındakı mövcud işbirliyinin və imzalanacaq protokolun ölkəmizdə fəaliyyət göstərən digər şirkətlər üçün də örnək olacağına inandığını bildirib.
“Azərsun Holdinq” şirkətlər qrupunun prezidenti Abdolbari Goozal imzalanacaq sənədin çox vacib məsələyə həsr olunduğunu, Təhsil Nazirliyi ilə rəhbərlik etdiyi qurum arasında əməkdaşlığın inkişafında mühüm rol oynayacağını qeyd edib. “Azərsun Holdinq”in ölkəmizdəki fəaliyyətindən söz açan şirkət prezidenti yeni müəssisələr açmaqla yanaşı, kadrların yetişdirilməsinin də zəruri olduğunu diqqətə çatdırıb.
Sonra Təhsil Nazirliyi ilə “Azərsun Holdinq” şirkətlər qrupu arasında “Təhsil müəssisələri ilə əməkdaşlıq” layihəsi çərçivəsində görüləcək işlərə dair niyyət protokolu imzalanıb. Protokolu təhsil naziri Misir Mərdanov və “Azərsun Holdinq” şirkətlər qrupunun prezidenti Abdolbari Goozal imzalayıblar.
10 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
