Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Dekabrın 25-də 6 saylı Bakı Peşə Liseyinin 40 illik yubileyinə həsr olunmuş mərasim keçirilib.
Tədbiri giriş sözü ilə açan liseyin direktoru Sahib Rüstəmov toplantı iştirakçılarını salamladıqdan sonra rəhbərlik etdiyi təhsil müəssisəsinin yaranma tarixindən, bugünkü fəaliyyətindən danışıb. Ötən 40 il ərzində təhsil ocağını 58 000 məzunun bitirdiyini və onların ölkəmizin iqtisadiyyatının inkişafında fəal iştirak etdiklərini vurğulayan natiq hazırda liseydə 630 şagirdin təhsil aldığını, onların təlim-tərbiyəsi ilə 124 müəllim və texniki işçinin məşğul olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov yubiley münasibətilə təhsil ocağının pedaqoji kollektivini təbrik edib, onlara yeni uğurlar arzulayıb. Peşə təhsilinin ümummilli liderimiz Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsi ilə inkişaf yoluna qədəm qoyduğunu qeyd edən nazir onu da bildirib ki, 90-cı illərdə bu təhsil ocaqlarının bağlanma təhlükəsi yaranmışdı. Nazir ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra peşə təhsilinin inkişafına yenidən təkan verilməsini, bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsini toplantı iştirakçılarının nəzərinə çatdırıb. Nazir, həmçinin Prezident İlham Əliyevin tövsiyə və sərəncamlarına uyğun olaraq ayrı–ayrı rayonların iqtisadi xüsusiyyətləri və müvafiq tələblər nəzərə alınmaqla həmin rayonlarda peşə məktəblərinin tikiləcəyini açıqlayıb, buna misal olaraq İsmayıllı və Qəbələ rayonlarında tikilən peşə məktəblərini qeyd edib.
Mərasimdə 6 saylı Bakı Peşə Liseyinin direktoru və bir neçə müəllim nazirliyin “Qabaqcıl təhsil işçisi” döş nişanı və fəxri fərmanla təltif edilib.
Sonda tədbir iştirakçılarına yubiley mərasimi üçün hazırlanmış konsert proqramı təqdim olunub.
10 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
