Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Dekabrın 16–da Təhsil Nazirliyində “Beynəlxalq mühasibat uçotu standartlarına keçidlə əlaqədar maliyyə hesabatlarının tətbiqi və maarifləndirmə işinin təşkilinə dair” müşavirə keçirilib.
Müşavirədə təhsil və maliyyə nazirliklərinin rəhbər işçiləri, Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin, ali və orta ixtisas məktəblərinin rəhbərləri iştirak ediblər.
Müşavirəni təhsil naziri Misir Mərdanov açıb və “Beynəlxalq mühasibat standartlarına keçidlə əlaqədar ali və orta ixtisas təhsili müəssisələri qarşısında duran vəzifələr” mövzusunda təqdimat edib. Nazir bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin 7 fevral 2005–ci il tarixli fərmanı ilə təsdiq olunmuş “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycanda milli mühasibat uçotu standartlarının hazırlanması nəzərdə tutulub. Bu sahədə kadr hazırlığının təkmilləşdirilməsinin zəruriliyindən söz açan təhsil naziri daha sonra mühasibat uçotu sahəsində mütəxəssis hazırlığının mövcud vəziyyəti barədə məlumat verib. Nazir “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil proqramlarından, mühasibata aid fənlərin tədrisindən, digər ixtisaslarda “Mühasibat uçotu və audit” fənninin tədrisi vəziyyətindən danışıb, mühasibata aid fənləri tədris edən müəllimlər haqqında statistikanı müşavirə iştirakçılarının diqqətinə çatdırıb. Misir Mərdanov çıxışında milli mühasibat uçotu standartlarına keçidlə bağlı qarşıda duran vəzifələrə də toxunub.
Maliyyə naziri Samir Şərifov “Beynəlxalq mühasibat uçotu standartlarına keçidlə əlaqədar maliyyə hesabatlarının tətbiqi və maarifləndirmə işinin təşkili” mövzusunda təqdimat edib. Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli iqtisadi islahatlar sayəsində beynəlxalq tələblərə cavab verən mühasibat uçotu sisteminin təkmilləşdirilməsi və yenidən qurulması ilə bağlı davamlı addımlar atılır. Maliyyə naziri islahatların məntiqi davamı kimi qanunvericilik bazasının təkmiləşdirilıməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb. Maliyyə hesabatlarının beynəlxalq standartlarının və milli mühasibat uçotu standartlarının tətbiqinin məqsədlərindən, yeni mühasibat uçotu sisteminin daha sürətli tətbiqi və əhatə dairəsinin genişləndirilməsi istiqamətində mövcud olan problemlərdən və digər məsələlərdən danışan nazir qeyd edib ki, mühasibat uçotu və audit sahəsində qısa müddətdə konseptual yanaşma əsasında vahid təhsil sisteminin yaradılması və müvafiq metodoloji bazanın və müvafiq tədris materiallarının hazırlanması zəruridir. Samir Şərifov bununla bağlı mövcud problemlərin həlli istiqamətində həyata keçirilməsi nəzərdə tutulan digər işlərdən də söz açıb və bütün bu tədbirlərin həyata keçirilməsində Təhsil Nazirliyinin rolunu qeyd edib.
Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Qriqori Yedjeyçak “Korporativ və büdcə sektorunda hesabatlılıq layihəsinin məqsəd və vəzifələri” mövzusunda çıxış edərək fikirlərini bildirib.
Sonra mövzu ətrafında geniş müzakirələr aparılıb. Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Haçıyev, Azərbaycan Universitetinin rektoru Akif Musayev, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov müzakirə olunan məsələlərlə bağlı fikir və təkliflərini bildiriblər.
Müşavirədə qeyd olunan məsələlərin operativ həlli ilə əlaqədar birgə işçi qrupunun yaradılması, işçi qrupuna təhsil və maliyyə nazirliklərində, Dünya Bankında və ali təhsil müəssisələrində çalışan yüksək ixtisaslı mütəxəssislərin cəlb olunması qərara alınıb.
10 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
