Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dekabrın 14-də Təhsil Nazirliyində təhsil müəssisələrində metodiki işin təkmilləşdirilməsinə həsr olunmuş müşavirə keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşları iştirak ediblər.
Təhsil naziri Misir Mərdanov tədbiri açaraq metodiki işin düzgün təşkilinin təhsilin keyfiyyətinin yüksəldilməsində əhəmiyyətli rol oynadığını qeyd edib. Na­zir Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, eləcə də metodiki mərkəzin fəaliy­yətinin müsbət cəhətlərindən söz açaraq müzakirə olunan məsələ ilə bağlı fikirlərini bil­di­rib. Misir Mərdanov metodiki mərkəzin fəaliyyətinin daha səmərəli təşkili üçün bir sıra ad­dım­­ların atılmasının zəruri olduğunu nəzərə çatdırıb və təhsil ocaqları ilə sıx əlaqə­lərin yaradılmasını tövsiyə edib. Təhsil naziri bu sahədə mövcud olan prob­lemlərin müəyyən edilməsi, mü­va­fiq dünya təcrübəsinin öyrənilməsi və təkliflərin hazırlanması məqsədilə işçi qrupunun yaradılmasının vacib olduğunu bildirib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin metodiki mərkəzinin direktoru Vahid Qur­banov, mərkəzin direktor müavinləri Sitarə Məmmədova və Nazir Əliyev bu sahədəki mövcud vəziyyətlə bağlı ətraflı məlumat veriblər. Çıxışlarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin fəaliyyəti dövründə mərkəzin kurikulumların tətbiqi, dərslik­lərin müzakirəsi, qiy­mət­ləndirmə, qabaqcıl təcrübənin öyrənilməsi və başqa istiqa­mətlərdə apardığı işlərdən bəhs olunub, eləcə də qarşıya çıxan müvafiq çətinliklər diqqətə çatdırılıb.
Müşavirədə müzakirə olunan məsələ ilə bağlı geniş fikir mübadiləsi aparılıb, bir sıra təkliflər irəli sürülüb.
Sonda yaradılan işçi qrupunun bir ay müddətində müvafiq təkliflər hazır­layıb təqdim etdikdən sonra bu məsələnin yenidən müzakirəyə çıxarılması qərara alı­nıb.


10 il əvvəl