Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dekabrın 10-da “Təhsildə Əməkdaşlıq” Proqramı üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında Anlaşma Memorandumunun imzalanmasına dair mərasim keçilib.

Təhsil Nazirliyində təşkil olunan bu tədbirdə “Microsoft” şirkətinin əməkdaşları, ölkəmizdə İKT sahəsində fəaliyyət göstərən bir sıra qurumların rəhbərləri və digər şəxslər iştirak edib.
Tədbirdə təhsil naziri Misir Mərdanov qeyd edib ki, Təhsil Nazirliyi ilə “Microsoft” şirkətinin Anlaşma Memorandumu çərçivəsində əməkdaşlığı “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na dəstək məqsədilə həyata keçirilir. Nazir bildirib ki, “Microsoft” şirkəti ölkəmizdə bir sıra istiqamətlər üzrə fəaliyyət göstərir və bu qurum tərəfdaşları ilə birgə müəllim və şagirdlər üçün yeni imkanlar yaratmaq, təhsili daha da təkmilləşdirmək üçün “İnnovativ Müəllimlər”, “İnnovativ Tələbələr”, eləcə də “İnnovativ Məktəblər” layihəsini həyata keçirir. Misir Mərdanov əlavə edib ki, bu şirkətlə əməkdaşlıq çərçivəsində orta məktəblərə verilmiş kompüterlərin lisenziyalaşdırılmış proqramla təminatı, müəllimlərin beynəlxalq səviyyəli forum və digər tədbirlərdə iştirakı, “Xalq kompüteri” layihəsi istiqamətində müvafiq işlər həyata keçirilib.
“Microsoft” şirkətinin Orta və Qərbi Avropa üzrə “Təhsildə Əməkdaşlıq” Proqramının rəhbəri Teodor Milev Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə reallaşdırılmış layihələrdən söz açıb və qeyd olunan sahədə lazımi dəstək göstərməyə hazır olduqlarını diqqətə çatdırıb. Qonaq imzalanacaq memoranduma böyük ümid bəslədiyini vurğulayıb.
Sonda təhsil naziri Misir Mərdanov, “Microsoft” şirkətinin Orta və Qərbi Avropa üzrə “Təhsildə Əməkdaşlıq” Proqramının rəhbəri Teodor Milev və “Microsoft Azərbaycan” şirkətinin baş direktoru Teymur Axundov Anlaşma Memorandumunu imzalayıblar.


10 il əvvəl