Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; faks: 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) cari ilin noyabrında 27 müraciət daxil olub.
Qeyd edək ki, müraciətlərin əksəriyyəti (17-si) sorğu, məlumat və anonim xarakterlidir. Müraciətlərin 18-i Bakı şəhərinin ümumtəhsil məktəblərindən daxil olub. Sorğular əsasən olimpiadaların keçirilməsi, imtahanlara hazırlıq, uşaq bağçaları, müəllimlərin işə qəbulu ilə bağlıdır. Şikayətlər isə daha çox məktəblərin istilik sistemi ilə təchizatı barədədir.
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan bütün müraciətlər araşdırılıb, müvafiq tədbirlər görülüb və müraciət müəlliflərinə cavab verilib. Eyni zamanda noyabr ayında “Qaynar xətt” xidmətinə daxil olan çoxsaylı sorğular Nazirliyin əməkdaşları tərəfindən cavablandırılıb.
Ötən ay ərzində “qaynar xətt” xidmətinə 151 saylı orta məktəbdə məktəbli formasının məcburi şəkildə satılması ilə bağlı iki anonim şikayət daxil olub. Şikayət edən valideynin kimliyi müəyyənləşdirildikdən sonra məktəbdə araşdırma aparılıb və şikayətin doğru olduğu aydınlaşdırılıb. Bununla bağlı məktəbin direktoruna Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
9 il əvvəl
Digər xəbərlər
-
“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində universitetlərdə görüşlər keçirilir
03.06.2025 - 10:09 -
Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edəcək
02.06.2025 - 17:21 -
Vətəndaş müraciətlərinin statistikası
02.06.2025 - 16:35 -
Xankəndidə “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib
02.06.2025 - 15:28 -
Qarabağ Universitetində AMEA-nın 80 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
01.06.2025 - 18:31