Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Dekabrın 4-də Azərbaycan Dillər Universitetində Doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransının açılış mərasimi keçirilib.
Konfransı giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov bu tədbirin mühüm əhəmiyyətindən danışaraq qeyd edib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, elmin və təhsilin inkişafı üçün də lazımi şərait yaradılıb. Qeyd olunub ki, 2 gün davam edəcək bu konfransda 19 bölmə üzrə 300-ə yaxın məruzə dinləniləcək.
Misir Mərdanov ölkəmizdə gənclərin təhsili, onların elmi-tədqiqat fəaliyyətləri istiqamətində yaradılan şəraitdən bəhs edib. Nazir Aspirantların və gənc tədqiqatçıların XIII Respublika elmi konfransının nəticələrindən də söz açıb və bildirib ki, həmin konfransın fəal iştirakçılarına Təhsil Nazirliyinin sertifikatları verilib.
Sonra Misir Mərdanov ən yaxşı elmi işə görə 3 doktoranta hədiyyə olaraq noutbuk təqdim edib və konfransın işinə uğurlar arzulayıb.
Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov və başqaları konfransla əlaqədar çıxış ediblər.
Təhsil nazirinin müavini İradə Hüseynova konfransın gedişi barədə tədbir iştirakçılarına məlumat verərək qeyd edib ki, konfrans bölmələr üzrə iki gün davam edəcək.
10 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
