Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dekabrın 3-də “Buta” sarayında VI Beynəlxalq Elm Olimpiadasının təntənəli açılış mərasimi keçirilib.

Öncə iştirakçı dövlətlərin bayraqları səhnəyə gətirilib. Qeyd edilib ki, 15 yaşlı yeniyetmələr arasında fizika, kimya və biologiya fənləri üzrə keçirilən olimpiadada 49 ölkədən 600-dən çox şagird və onların müəllimləri iştirak edir.
Olimpiada Heydər Əliyev Fondu, İJSO (International Junior Science Olympiad) və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçirilir.
 Mərasim Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın olimpiada iştirakçılarına ünvanladığı təbrik məktubunun oxunması ilə başlayıb.
 Sonra gənclər və idman naziri Azad Rəhimov çıxış edərək, olimpiada haqqında ətraflı məlumat əldə edilməsi məqsədi ilə rəsmi internet səhifəsinin (www.ijso2009.az) hazırlanıb istifadəyə verildiyini bildirib.
 Azərbaycan Diplomatik Akademiyasının rektoru, olimpiadaya hazırlıq məqsədilə yaradılmış Elm Komitəsinin rəhbəri Hafiz Paşayev qeyd edib ki, savadlı və intellektli yeniyetmələrin iştirakı ilə keçirilən belə möhtəşəm bilik yarışı xalqlar arasında dostluq əlaqələrinin inkişafına təkan verir. Hafiz Paşayev Azərbaycanın 30-dək tanınmış mütəxəssisinin iştirakı ilə yaradılmış Elm Komitəsi tərəfindən olimpiadanın fizika, kimya və biologiya fənləri üzrə test, nəzəri və eksperiment-təcrübə tapşırıqlarının hazırlandığını, alimlərimiz tərəfindən 500-ə yaxın çalışma tərtib edildiyini diqqətə çatdırıb.
Təhsil naziri Misir Mərdanov bildirib ki, olimpiadanın Azərbaycanda keçirilməsi ölkəmizdə mövcud olan sabitlik və dinamik iqtisadi inkişafın, xüsusilə də ölkə Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən elm və təhsilə göstərilən diqqət və qayğının nəticəsidir. Misir Mərdanov eyni zamanda qeyd edib ki, olimpiadada çoxsaylı nümayəndələrin iştirak etməsi Azərbaycanda gedən inkişaf proseslərinin bütün dünyada yayılması baxımından əhəmiyyətli rol oynayacaq.
 VI Beynəlxalq Elm Olimpiadasının prezidenti Masna Gintinq ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanda elm və təhsilin inkişafına, eləcə də gənclərə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib.
 Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov çıxış edərək bildirib ki, elm olimpiadası iştirakçılara öz biliklərini nümayiş etdirməyə imkan yaradır və onların gələcəkdə ixtisaslı kadrlar kimi yetişməsinə təkan verir.
Tədbirdə gənc musiqiçilər geniş konsert proqramı ilə çıxış ediblər.
Mərasimdə Baş nazirin müavini Elçin Əfəndiyev, Milli Məclis sədrinin müavini Bahar Muradova, Milli Məclisin deputatları, tanınmış elm xadimləri və xarici ölkələrdən gəlmiş alimlər iştirak edib.
Olimpiadaya dekabrın 11-də yekun vurulacaq.


10 il əvvəl