Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dekabrın 2-də Lənkəran şəhərinin “Sultan” sarayında Lənkəran Dövlət Humanitar Kollecinin 85 illiyinə həsr edilmiş “Təhsildə innovasiyalar” mövzusunda respublika elmi-praktiki konfrans keçirilib.

Öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Sonra qonaqlar Heydər Əliyev Muzeyində, Dövlət Humanitar Kollecində və Humanitar təmayüllü 4 saylı məktəb-liseydə olublar.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tədbiri giriş sözü ilə açaraq kollecin 85 illik yubileyi münasibətilə təhsil ocağında çalışan bütün əməkdaşları təbrik edib, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan təhsilin inkişafına göstərdiyi xidmətlər və onun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısından söz açıb.
Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Cahangir İbrahimov təhsil ocağının 85 ildə keçdiyi həyat yoluna nəzər salıb, pedaqoji kadr hazırlığı istiqamətində aparılan işlər barədə danışıb. C.İbrahimov qeyd edib ki, bu təhsil müəssisəsi ölkəmizin cənub bölgəsində yaradılan ilk orta ixtisas məktəbidir və ötən 85 il ərzində kollecin 52 min məzunu olub.
Təhsil naziri Misir Mərdanov Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar təhsil işçilərinin iştirak etdiyi konfransda “Regionlarda təhsilin inkişaf perspektivləri” mövzusunda çıxış edib. Cənub bölgəsində fəaliyyət göstərən təhsil müəssisələri barədə ətraflı danışan Misir Mərdanov regionda ümumi orta təhsildə, ali və orta ixtisas məktəblərində qazanılmış uğurlardan, mövcud problemlərdən bəhs edib, məktəbəqədər təhsil müəssisələrinin və peşə təhsilinin inkişafı, eləcə də digər məsələlərlə bağlı qarşıda duran vəzifələri tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Nazir bildirib ki, qocaman təhsil ocağı olan Lənkəran Dövlət Humanitar Kollecinin ölkəmiz üçün müəllim kadrlarının hazırlanmasında xidmətləri böyükdür və bu kollec respublikanın digər təhsil ocaqları sırasında özünəməxsus layiqli yer tuta bilib.
Misir Mərdanov çıxışının sonunda 85 illik yubiley münasibətilə kollecin müəllim-tələbə kollektivini təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Konfransda Milli Məclis sədrinin birinci müavini Z.Əsgərov, Milli Məclisin deputatları S.Novruzov, H.Rəcəbli, N.Cəfərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Y.Məmmədov, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru A.Zamanov və başqaları çıxış ediblər.
Konfransın rəsmi hissəsindən sonra N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında mükafatların təqdim olunma mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə kollecin direktoru C.İbrahimovun “Əməkdar müəllim” fəxri adına, dil-ədəbiyyat müəllimi E.İsmayılovanın “Tərəqqi” medalına layiq görüldüyünü bildirən təhsil naziri Misir Mərdanov mükafatları onlara təqdim edib.
Mərasimdə eyni zamanda kollecdə çalışan qabaqcıl müəllimlərdən bir qrupuna Təhsil Nazirliyinin “Azərbaycan Respublikası Qabaqcıl təhsil işçisi” döş nişanı, Fəxri fərmanı və hədiyyələr verilib.
Sonda tədbir iştirakçılarına Lənkəran Dövlət Humanitar Kollecinin 85 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim olunub.


10 il əvvəl