Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Gürcüstanın Təhsil və Elm Nazirliyi arasındakı qarşılıqlı razılaşmaya əsasən 24–25 noyabr tarixlərində təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdə olub.
Gürcüstanın Təhsil və Elm Nazirliyində keçirilən görüşdə nazir Nika Qvaramiya nümayəndə heyətini salamlayaraq ölkəsinin təhsil sistemi, aparılan islahatlar barədə ətraflı məlumat verib, Azərbaycan Respublikasının Prezidentinin Gürcüstana daim diqqqətlə yanaşması, Gürcüstandakı təlim Azərbaycan dilində olan məktəblərin dərslik, dərs vəsaiti və digər tədris ləvazimatları ilə təminatına köməyi barədə söhbət açıb. Nazir Azərbaycanda təlim gürcü dilində olan məktəblərə göstərilən qayğının Gürcüstanda böyük hörmət hissi ilə qarşılandığını bildirərək Gürcüstan məktəblərinin, o cümlədən təlim Azərbaycan dilində olan məktəblərin təmiri, maddi-texniki təchizatı və kadrlarla təminatı sahəsində müəyyən çətinliklərin olduğunu vurğulayıb.
Azərbaycanın Respublikasının təhsil naziri Misir Mərdanov Azərbaycanda təhsil sahəsində aparılan islahatların nəticələrindən söhbət açıb. Gürcüstanın təhsil sistemində aparılan ciddi dəyişiklikləri müsbət qiymətləndirən nazir buradakı Azərbaycan məktəblərinin problemləri barədə danışıb. Misir Mərdanov Gürcüstanda Azərbaycan məktəblərinin sayının ilbəil azalması, bu məktəblərə Azərbaycan dilini bilməyən digər millətlərin nümayəndələrinin direktor təyin edilməsi, bir sıra məktəblərdə ixtisaslı milli kadrların olmaması, tədris proqramında gürcü dilinin saatlarının azlığı, ali məktəblərdə azərbaycandilli kadr hazırlığının aparılmaması və digər məsələlər haqqında fikirlərini bildirib. Gürcüstanın Təhsil və Elm Nazirliyində azərbaycanlı mütəxəssisin olmaması ilə bağlı azərbaycanlı müəllimlərin üzləşdiyi çətinliklərə toxunan təhsil naziri Gürcüstandakı təlim Azərbaycan dilində olan məktəblərdə Azərbaycan tarixi və Azərbaycan coğrafiyası, Azərbaycanda fəaliyyət göstərən gürcü məktəblərində Gürcü tarixi və Gürcü coğrafiyası fənlərinin tədrisi vəziyyətindən, şagirdlərin dərsliklərlə təminatının yetərincə ödənilməməsindən və digər bu kimi məsələlərdən narahatlığını ifadə edib.
Noyabrın 25-də Azərbaycanın təhsil naziri Misir Mərdanov və Gürcüstanın təhsil və elm naziri Nika Qvaramiya ulu öndər Heydər Əliyevin Tbilisi şəhərində ucaldılmış büstü önünə gül dəstələri qoyublar. Sonra Tbilisi şəhərindəki 74 nömrəli Azərbaycan və qonşuluqdakı gürcü məktəblərinin müəllim və şagirdləri ilə görüşərək onların arzu və təkliflərini öyrənən qonaqlar həmin tədris ocaqları ilə yaxından tanış olub, məktəblərin maddi-texniki təchizatı ilə maraqlanıblar.
Daha sonra qonaqlar Marneuli rayonundakı 3 nömrəli məktəbin Resurs Mərkəzində görüşdə iştirak edib, ötən il orta və əsas məktəbləri yüksək nailiyyətlərlə bitirən şagirdlərin təltif olunması mərasiminə qatılıblar. Sevindirici haldır ki, həmin məzunlardan qızıl medala layiq görülən iki şagird azərbaycanlıdır. Mərasimdə Azərbaycan Respublikasının təhsil naziri çıxış edib, soydaşlarımızın uğurlarından məmnun olduğunu bildirib.
Həmin gün Marneuli şəhərində yerləşən Heydər Əliyev adına Gürcüstan – Azərbaycan Humanitar Universitetində müəllim və tələbələrlə, Dmanisi rayonu Donisi kənd Azərbaycan məktəbində, Dmanisi şəhərində Heydər Əliyev Fondunun köməkliyi ilə ərsəyə gələn kompüter mərkəzində, gürcü dilinin intensiv tədrisi üzrə Resurs Mərkəzində görüşlər davam etdirilib.
10 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
