Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Noyabrın 18-də təhsil naziri Misir Mərdanov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fəhd bin Əli əl-Düsərini qəbul edib.

Misir Mərdanov qonağı Təhsil Nazirliyində görməkdən məmnunluğunu bildirərək iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb.
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında təhsil əlaqələrinin genişləndirilməsinin əhəmiyyətindən danışan nazir bu sahədə müvafiq addımlar atılmasının vacibliyini qeyd edib. Misir Mərdanov ümidvar olduğunu bildirib ki, yeni səfirin fəaliyyəti dövründə təhsil əlaqələri daha da yüksələcək və qarşılıqlı əməkdaşlıq möhkəmlənəcək. Nazir həmçinin səfir Fəhd bin Əli əl-Düsəriyə ölkəmizdə həyata keçirdiyi bu yüksək missiyada uğurlar arzulayıb.
Səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirən səfir   son illər iki ölkə arasındakı mövcud əlaqələrdən söz açıb, təhsil sahəsində əməkdaşlığın inkişafına böyük önəm verdiyini vurğulayıb. Əməkdaşlığın təhsilin müxtəlif sahələri üzrə aparılmasının zəruriliyini qeyd edən səfir məhz bu zaman mühüm irəliləyişlərin əldə ediləcəyinə ümidvar olduğunu bildirib. Fəhd bin Əli əl-Düsəri ölkəmizin təhsil sahəsində qazandığı nailiyyətlərdən məlumatlı olduğunu diqqətə çatdırıb.
Görüşdə hər iki ölkənin təhsil nazirlikləri arasında əlaqələrin yaradılması, təhsil sahəsində qarşılıqlı əməkdaşlığın istiqamətləri və digər məsələlər müzakirə olunub.  


10 il əvvəl