Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Noyabrın 17-də Bakı Dövlət Universitetində Beynəlxalq Tələbə Günü münasibətilə bayram tədbiri keçirilib.
Tədbirdə paytaxtın müxtəlif ali məktəblərində təhsil alan 500-ə yaxın tələbə, habelə professor-müəllim heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, bu gün həm tələbələr, həm də müəllimlər üçün tarixi bir gündür. Rektor bu tədbirin ölkəmizin bütün ali məktəblərində təntənəli şəkildə qeyd olunduğunu vurğulayaraq Beynəlxalq Tələbə Gününün yaranma tarixindən söz açıb.
Milli Dirçəliş Günü və Beynəlxalq Tələbə Günü münasibətilə tələbələri təbrik edən təhsil naziri Misir Mərdanov ölkə Prezidenti cənab İlham Əliyevin gənclər siyasəti və onlara qayğısından söz açaraq bildirib ki, ölkəmizdə təhsil daim inkişaf edir, müasir məktəblər tikilir və yeni təhsil strategiyası tətbiq olunur. Möhtərəm Prezidentimizin bu sahəyə diqqət və qayğısından bəhs edən nazir təhsillə bağlı olduqca əhəmiyyətli fərman və sərəncamların imzalandığını, Dövlət Proqramlarının uğurla həyata keçirildiyini qeyd edib. Azərbaycan gəncləri qarşısında duran bir sıra ümdə vəzifələrə toxunan Misir Mərdanov onların müasir informasiya texnologiyalarından istifadə imkanlarına yiyələnmələrinin və dünya təcrübəsindən bəhrələnmələrinin zəruriliyini vurğulayıb.
Misir Mərdanov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin gəncləri həmişə yüksək qiymətləndirdiyini, onlarla mütəmadi olaraq görüşdüyünü, qabiliyyət və bacarıqlarına xüsusi dəyər verdiyini bildirib. Nazir bu siyasətin hazırda dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilməsini, tələbələrə adlı təqaüdlərinin verilməsini, gənclərin xarici ölkələrə ali təhsil almağa göndərilməsini buna nümunə olduğunu bildirib. Təhsil naziri eyni zamanda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində görülən işləri diqqətə çatdırıb.
Bayram tədbirində Milli Məclisin üzvü Rəbiyyət Aslanova çıxış edib.
Tədbir ali məktəb tələbələrinin iştirakı ilə keçirilən konsert proqramı ilə başa çatıb.
10 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
