Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
12-13 noyabr tarixlərində təhsil naziri Misir Mərdanov Bərdə və Ağdam rayonlarına səfər edib.
Misir Mərdanov ilk əvvəl ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib.
Sonra “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015- ci illər)” çərçivəsində Bərdə şəhər qarışıq tipli internat orta məktəbi nəzdində yaradılan Günərzi Qayğı Mərkəzinin açılış mərasimi keçirilib. Mərasimdə Misir Mərdanov bildirib ki, Bərdə şəhəri ərazisində yaşayan, risk qrupuna daxil olan aztəminatlı ailələrin uşaqları və sağlamlıq imkanları məhdud olanlar bu mərkəzə cəlb ediləcək. Tədbirdə o da qeyd edilib ki, mərkəzin yaradılmasında əsas məqsəd uşaqların bu müəssisəyə düşməsinin qarşısının alınmasıdır.
Nazir Bərdə rayonunun 4,6,8 saylı, 12 saylı Ağdam rayon köçkün, 2 saylı şəhər Beynəlmiləl orta məktəblərində, Zərifə Əliyeva adına Bərdə şəhər texniki fənlər təmayüllü məktəb-liseyində, Uşaq-Gənclər şahmat məktəbində, Heydər Əliyev və Tarix Diyarşünaslıq muzeylərində olub.
Sonra rayon təhsil işçilərinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə cari ildə orta məktəblərin IX siniflərində keçiriləcək mərkəzləşdirilmiş imtahanlardan, XI siniflərdə buraxılış imtahanlarının təşkilindən, məktəblərdə qiymətləndirmə sisteminin aparılmasından söz açılıb, məktəbli formasına keçidin əhəmiyyəti vurğulanıb və yeni dərsliklərlə bağlı məsələlərdən danışılıb. Müşavirədə rayon müəllimlərindən beş nəfəri Təhsil Nazirliyinin “Azərbaycan Respublikası Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.
Noyabrın 13-də təhsil naziri Misir Mərdanov Ağdam rayonunda ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edib, Heydər Əliyev muzeyində olub.
Misir Mərdanov rayon təhsil şöbəsi üçün yeni tikilən bina ilə tanış olub, rayonun Çullu kəndindəki Soltanbud, Bənövşələr qəsəbəsində isə 2 saylı orta məktəblərinə və bir neçə uşaq bağçaları-körpələr evinə baş çəkib. Həmin gün rayonun Mədəniyyət evində təhsil naziri Misir Mərdanov, rayon rəhbərliyi və təhsil işçilərinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə Azərbaycanda təhsil islahatının həyata keçirilməsindən, bu sahədə qazanılmış nailiyyətlərdən və qarşısında duran vəzifələrdən danışılıb.
10 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
