Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; faks 496-37-61; e-mail: qaynar-xett@edu.gov.az) cari ilin sentyabr və oktyabrında 62 müraciət daxil olub.
Müraciətlərdən 3-ü sorğu xarakterli olub.
“Qaynar xətt” xidmətinə daxil olan müraciətlərin böyük əksəriyyəti ümumtəhsil məktəbləri və məktəbəqədər tərbiyə müəssisələri ilə əlaqədardır. Bakı şəhər ümumtəhsil məktəblərindən 29, məktəbəqədər tərbiyə müəssisələrindən 7, Gəncə və Mingəçevir şəhər ümumtəhsil məktəblərindən 1, Abşeron rayon ümumtəhsil məktəblərindən 3, Yardımlı, Masallı və Quba rayon ümumtəhsil məktəblərinin hər birindən 2, Biləsuvar, Şamaxı, Daşkəsən, Tovuz, Ağstafa, Qazax, Xaçmaz, Zaqatala rayonlarının hər birindən 1 müraciət daxil olub.
Bu müraciətlərdə yeni dərs ilinin başlanması ilə əlaqədar təhsil müəssisələrində yaranan problemlərdən danışılır, müəllimlər arasında dərs yükünün bölgüsü, valideynlərin yaşayış yerinin dəyişməsi ilə bağlı şagirdlərin bir məktəbdən digərinə köçürülməsi, dərsliklərlə təminat, müəllimlərin əmək haqqının hesablanması, məktəbəqədər tərbiyə müəssisələrinə uşaqların qəbulu və s. məsələlərindən bəhs olunur.
Müraciətlərdən 1-i 3 saylı Bakı peşə liseyinə şagird qəbulu ilə bağlı olub. Şəki Dövlət Texniki Kolleci, Mingəçevir Tibb məktəbi və “Odlar yurdu” özəl kolleci ilə əlaqədar müraciətlərdə tələbələr sırasına bərpa, diplomun verilməsi və təyinat bölgüsü ilə bağlı məsələlərdən söz açılır.
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan bütün müraciətlər araşdırılıb, müvafiq tədbirlər görülüb və müraciət müəlliflərinə cavab verilib.
10 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
