Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Oktyabrın 1-də Qobustan Regional Təlim Mərkəzinin açılış mərasimi keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev, yerli və xarici neft şirkətlərinin nümayəndələri, xarici ölkələrin ali məktəblərinin və qeyri-neft sektorunda fəaliyyət göstərən müəssisələrin təmsilçiləri iştirak etmişlər.
Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Dövlət Neft Şirkətinin birgə əməkdaşlığı sayəsində ərsəyə gəlmiş Qobustan Regional Təlim Mərkəzində 15 ixtisas üzrə ilkin mərhələdə 350, növbəti tədris ilindən isə 400-dən çox şagird təhsil ala biləcək. Mərkəzdə şagirdlər üçün 1 illik təhsil müddəti ərzində 10 ay nəzəri biliklərin tədris edilməsi və 2 aylıq təcrübə kurslarının təşkili nəzərdə tutulmuşdur.
11 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək
02.10.2026 - 17:19 -
“Danışır təcrübə” layihəsinin növbəti görüşünün qonağı Bahar Muradova olub
02.10.2026 - 15:01 -
Dövlət dəstəyi ilə seçilmiş özəl bağçalarda tədrisə başlanılıb
01.10.2026 - 16:35 -
Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə–Azərbaycan Universitetini ziyarət edib
01.10.2026 - 10:18 -
Müdafiə sənayesi üzrə ali təhsil, kadr hazırlığı, elmi-tədqiqat və texnologiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
30.09.2026 - 21:18
