Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri F.Qədirov və Texniki peşə təhsili şöbəsinin müdiri N.Məmmədov iyunun 30-dan iyulun 5-dək Koreya İnsan Resursları İnkişaf Xidmətinin təşəbbüsü ilə təhsil siyasətinin, xüsusilə peşə təhsili siyasətinin formalaşdırılması üzrə Cənubi Koreyada təşkil edilən beynəlxalq seminarda iştirak ediblər.
Beynəlxalq seminara Cənubi Koreyanın müxtəlif peşə təhsili müəssisələrinin və agentliklərinin rəhbərləri, həmçinin Qırğızıstan, İndoneziya, Nepal, Banqladeş, Kamerun, Yəmən, Vyetnam, Tanzaniya, Anqola və s. ölkələrin peşə təhsili sahəsinə rəhbərlik edən şəxslər qatılıblar. Seminarın təşkilində əsas məqsəd Koreyada peşə hazırlığı sisteminin təşkili, peşə təhsili siyasətinin formalaşdırılması prinsipləri və təhsil müəssisələrinin fəaliyyətləri ilə tanış olmaq, Cənubi Koreya hökumətinin dəstəyi ilə peşə təhsili sistemini yenidən quran ölkələrdə həyata keçirilən layihələr barədə məlumat toplamaq idi.
Məlumat üçün qeyd edək ki, Cənubi Koreya Respublikasının inkişafında texniki peşə təhsili mühüm rol oynayır. Belə ki, ötən əsrin 50-ci illərində adambaşına düşən milli gəlir 200 dollar təşkil etdiyi halda, hazırda Cənubi Koreyada bu göstərici 20 min dollardan çoxdur. Qısa müddət ərzində Cənubi Koreyanın dünyada iqtisadi inkişaf baxımından lider ölkələrdən birinə çevrilməsində əmək bazarının tələblərinə müvafiq olaraq ixtisaslı kadr hazırlığını həyata keçirə bilən peşə təhsili sisteminin formalaşması xüsusi əhəmiyyət kəsb edir.
Səfər zamanı Koreya Politexnik Kollecində, İnsan Resursları İnkişaf Xidmətində, Koreyanın iri sənaye şirkətləri olan Hyundai və POSCO-nun bir sıra istehsal müəssisələrində görüşlər keçirilib.
Təhsil Nazirliyinin nümayəndələri ilə Bakıda “Qabaqcıl Texnologiyalar üzrə Peşə Tədris Mərkəzi”nin yaradılması təşəbbüsü ilə çıxış edən “DEU İnternational” və “ED Corporation”un təmsilçilərinin görüşləri də yaddaqalan olub. Görüşlərdə layihənin Azərbaycan höküməti ilə razılaşdırılması və həyata keçirilməsi üçün səylərin gücləndirilməsi məsələləri müzakirə edilib.
10 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
