Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Oktyabrın 20-də təhsil naziri Misir Mərdanov Beynəlxalq Təhsil və İnkişaf üzrə Koreya Milli İnstitutunun Beynəlxalq Təhsil Mübadiləsi Departamentinin direktoru Çunq Nam Jonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edən nazir Misir Mərdanov Koreya ilə Azərbaycan arasındakı əlaqələrin inkişafından, hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərindən sonra bu sahədə daha yüksək irəliləyişlərin olduğundan söz açıb. Misir Mərdanov təhsil sahəsindəki səmərəli əməkdaşlığın qarşılıqlı münasibətlərdə əhəmiyyətini nəzərə çatdırıb, Koreya Respublikasının Azərbaycanın təhsil sahəsində yeni texnologiyaların tətbiq olunması istiqamətində yaxından kömək göstərdiyini bildirib. Nazir ölkəmizin iki universitetində Koreya dilinin tədris olunduğunu, Koreya ali məktəblərində də Azərbaycan dilinin tədrisi ilə bağlı müəyyən işlər aparıldığını vurğulayıb.
Təhsil naziri “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində görülən işləri qonaqların diqqətinə çatdıraraq qeyd edib ki, cari ildə Dövlət Proqramının xətti ilə dünyanın nüfuzlu universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sayı 300-ə çatıb. Koreya Respublikasının ali məktəblərində 60-dan çox tələbənin təhsil aldığını deyən Misir Mərdanov onlardan 25 nəfərinin Azərbaycan Prezidentinin təqaüdünə layiq görüldüyünü bildirib. Nazir çıxışının sonunda Bakıda Koreya universitetləri sərgisinin açılmasının mühüm əhəmiyyəti olacağına inamını ifadə edib.
Nümayəndə heyətinin rəhbəri Çunq Nam Jo səmimi qəbul üçün nazirə təşəkkür edib. Təmsil etdiyi ölkənin təhsil sahəsində əlaqələrinin daha da inkişaf etdirilməsinə xüsusi önəm verdiyini açıqlayan qonaq bu istiqamətdə lazımi kömək göstərməyə hazır olduqlarını qeyd edib. Çunq Nam Jo Azərbaycan gənclərinin Koreya universitetlərində təhsil almasını yüksək dəyərləndirib, ölkələrarası tələbə mübadiləsinin önəmliliyini vurğulayıb. Nümayəndə heyətinin rəhbəri Koreya universitetlərinin təhsil sərgisində 13 ali məktəbin iştirak etdiyini bildirib.
Sonra görüşdə iştirak edən Koreya universitetlərinin əməkdaşları təmsil olunduqları ali təhsil müəssisəsi haqqında məlumat veriblər.
Görüşdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
10 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
