Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Oktyabrın 19-da “Təhsil” Respublika İdman Mərkəzində futbol məktəbinin və futbol meydançasının açılış mərasimi olub.
Mərasimdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, AFFA-nın prezidenti Rövnəq Abdullayev, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və veteran futbolçular iştirak ediblər.
“Təhsil” Respublika İdman Mərkəzinin direktoru Cəfər Hümbətov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda idman və xüsusilə futbol hər zaman dövlət qayğısı ilə əhatə olunub. Azərbaycan Respublkasının Prezidenti cənab İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini nəzərə çatdıran C. Hümbətov “Azərbaycanda 2005-2015-ci illərdə futbolun inkişafına dair dövlət Proqramı”nın respublikamızda bu sahənin hərtərəfli tərəqqisinə xüsusi təkan verdiyini vurğulayıb.
Azərbaycan idmanının inkişaf yolunda olduğunu bildirən təhsil naziri Misir Mərdanov futbol məktəbinin və stadionun açılışı münasibətilə məktəbliləri və məşqçi-müəllimləri təbrik edib. Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını söyləyən nazir idmançılarımızın mötəbər beynəlxalq yarışlarda ölkəmizin şərəfini layiqincə qoruduqlarını diqqətə çatdırıb. Təhsil naziri yeniyetmə futbolçuların dünya arenasında öz sözlərini deyəcəklərinə, layiqli qələbələr qazanacaqlarına əminliyini ifadə edib.
Daha sonra çıxış edən AFFA-nın prezidenti Rövnəq Abdullayev, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev azərbaycanlı idmançıların dünya və Avropa birinciliklərində və yüksək səviyyəli beyəlxalq turnirlərdə, eləcə də Olimpiya Oyunlarında daim öz uğurlarını artırdıqlarını, ölkəmizdə möhtəşəm çempionat və kubok turnirlərinin keçirildiyini qeyd ediblər.
10 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
