Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Oktyabrın 14-də təhsil naziri Misir Mərdanov İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Lavon Lotemlə görüşüb.
Qonağı səmimi salamlayan nazir öncə Azərbaycanla İsrail arasında mövcud olan əlaqələrdən, ikitərəfli münasibətlərdəki irəliləyişdən söz açıb, ölkəmizdə yəhudi xalqına və dilinə böyük hörmətlə yanaşıldığını qonağın nəzərinə çatdırıb. Son illər Azərbaycanda təhsil sahəsi üzrə aparılan islahatlar, dövlətimizin bu sahəyə ayırdığı diqqət və qayğı, Heydər Əliyev Fondunun müvafiq istiqamətdə gördüyü işlər barəsində səfirə məlumat verən nazir Dünya Bankı və bir sıra digər beynəlxalq qurumlarla həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib.
Nazir Azərbaycanla İsrail arasında təhsil sahəsi üzrə əlaqələrin möhkəmləndirilməsinə xüsusi önəm verdiyini və İsrailin təhsil sistemi, bu ölkənin Təhsil Nazirliyi ilə sıx əlaqələrin qurulmasında maraqlı olduğunu qeyd edib. Universitetlər və məktəblərarası əlaqələrin yaradılması, birgə elmi-tədqiqat işlərinin və müvafiq təcrübə mübadiləsinin aparılması, eləcə də bu istiqamətdə bir sıra digər təkliflərlə çıxış edən Misir Mərdanov təhsil sahəsində davamlı əməkdaşlığın tərəfdarı olduğunu bildirib.
Sonra təhsil naziri ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən azərbaycanlı gənclərin dünyanın nüfuzlu ali məktəblərində təhsil almaq hüququ qazanması barədə məlumat verib. Misir Mərdanov çıxışının sonunda səfir Mixael Lavon Lotemin fəaliyyəti dövründə Azərbaycan-İsrail təhsil əlaqələri sahəsində müsbət irəliləyişlər olacağına inamını ifadə edib.
İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Lavon Lotem səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib. Təhsil nazirinin iki ölkənin təhsil əlaqələrinin inkişaf etdirilməsi fikrini yüksək dəyərləndirən və onunla həmrəy olduğunu bildirən səfir müvafiq istiqamətdə lazımi işlərin aparılmasının vacibliyini önə çəkib. Səfir öz çıxışında Azərbaycanın təhsil nazirinin İsrailə səfər etməsi məsələsinə də toxunub.
İsrail universitetləri, ali təhsil müəssisələri haqqında nazirə ətraflı məlumat verən səfir bu tədris ocaqlarının beynəlxalq əməkdaşlığından, onların İsraildə fəaliyyət göstərən və təhsil sahəsinə aidiyyəti olan şirkətlərlə əlaqələrindən danışıb. Qonaq, həmçinin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində azərbaycanlı gənclərin İsraildə mühəndislik, tibb, informasiya-kommunikasiya texnologiyaları və başqa ixtisaslar üzrə təhsil alması təklifini irəli sürüb.
Təhsil naziri Misir Mərdanov da öz növbəsində bu təklifi dəstəklədiyini qeyd edib və müvafiq istiqamətdə müəyyən işlər aparılmasının zəruriliyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
10 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
