• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefon: 146; elektron poçt ünvanı: qaynar-xett@edu.gov.az) 2012-ci ilin noyabr ayında 613 müraciət daxil olub.

Daxil olan müraciətlərin əksəriyyəti sorğu xarakterlidir. Sorğularda ümumi təhsil, orta ixtisas və ali məktəblərdə tədrisin təşkili, şagird və tələbələrin biliyinin qiymətləndirilməsi, ödəniş haqqının müəyyənləşdirilməsi və digər məsələlərdən bəhs olunur. Müraciətlərin digər qismi isə dərs bölgüsü, dərs yükünün həcmi, müəllimlərin əmək haqqının hesablanması, dövlət sifarişi ilə və dövlət proqramı çərçivəsində xaricdə ali təhsil alan tələbələrin təhsil haqqının köçürülməsi qaydaları, özəl ali məktəblər və digər məsələlərlə bağlıdır.
Bir sıra müraciətlərdə ümumi təhsil, orta-ixtisas və ali təhsil müəs­si­sə­­lə­­rin­dəki çatışmazlıqlardan bəhs olunur. Bu qəbildən olan 63 müraciət əsasında araşdırmalar apa­rıl­ıb, nöqsanların aradan qaldırılması istiqamətində müvafiq işlər görülüb.
Ümumi təhsil məktəblərinin fəaliyyətində yol verilmiş nöqsanlara dair 53 müraciət qəbul edilib. Bakı şəhərindəki ümumi təhsil məktəblərindən 24, digər şəhər məktəblərindən 5 (Gəncə şəhəri 4, Şirvan şəhəri 1), Abşeron, Goranboy, Tovuz, Qazax, Qəbələ və Biləsuvar rayonlarının hər birindən 2, Astara, İmişli, Xaçmaz, Ağdam, Hacıqabul, Bərdə, Balakən, Tərtər, Saatlı, Ağcabədi, Lənkəran və Füzuli rayonlarının hər birindən 1 müraciət daxil olub. Məktəb rəhbərlərinin idarəetmədə yol verdikləri nöqsanlardan, təhsil prosesinin təşkili, şagird nailiyyətlərinin qiymətləndirilməsi və digər məsələlərdən bəhs edən bütün müraciətlərə baxılıb, mövcud problemlər həll edilib.
“Qaynar xətt” xidmətinə daxil olan müraciətlər əsasında işində nöqsanlar aşkarlanmış təhsil müəssisələri rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Belə ki, araşdırma aparılan bir sıra məktəb direktorlarına rəhbərlik etdikləri təhsil müəssisəsində mənəvi-psixoloji mühitin sağlamlaşdırılması, əmək intizamına nəzarətin artırılması tövsiyə olunub.
Ali təhsil müəssisələrindən daxil olan 10 şikayət (8-i dövlət, 2-si özəl ali məktəblərdən) diplomların verilməsinin gecikdirilməsi, imtahan nəticələrindən narazılıq, təqaüdlərin gecikdirilməsi, dövlət sifarişi ilə təhsil alan tələbələrin təhsil haqqının müvafiq dövlət və özəl ali məktəblərə, xaricdə təhsil alan tələbələrin xərclərinin müvafiq xarici ölkə təhsil müəssisələrinə köçürülməsinin gecikməsi ilə bağlı olub. Bütün bu şikayətlər aidiyyəti struktur bölmələrə yönəldilib və vaxtında öz həllini tapıb.


9 il əvvəl