• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Sentyabrın 26-da təhsil naziri Misir Mərdanov Qafqaz Universitetinin rektoru Əhməd Saniç və Orta Doğu Texniki Universiteti texnoparkının müdir müavini Ufuk Bulut ilə görüşüb.

Görüşdə Qafqaz Universitetində Orta Doğu Texniki Universitetinin dəstəyi ilə texnoparkın yaradılması məsələsi müzakirə olunub.
Qonaqları salamlayan təhsil naziri Azərbaycanla Türkiyə arasında mövcud olan əlaqələrin bütün istiqamətlərdə, eləcə də təhsil sahəsində sürətlə inkişaf etdiyini bildirib. Misir Mərdanov Qafqaz Universitetində texnoparkın yaradılması təşəbbüsünün təqdirəlayiq olduğunu bildirib, bu təcrübəni Azərbaycanda ali təhsilin inkişafına yeni bir töhfə kimi dəyərləndirib.
Qafqaz Universitetinin rektoru Əhməd Saniç Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi ilə aparılan əməkdaşlıq çərçivəsində ilkin olaraq Sumqayıt texnoparkından istifadə olunmasının nəzərdə tutulduğunu vurğulayıb. Bununla yanaşı, rektor Orta Doğu Texniki Universiteti texnoparkının yaradılması təcrübəsindən istifadə etməklə Qafqaz Universitetində müvafiq strukturun fəaliyyətinin təşkili məsələsinin müzakirə olunduğunu söyləyib.
Orta Doğu Texniki Universiteti texnoparkının müdir müavini Ufuk Bulut Türkiyədə ötən əsrin ikinci yarısından vüsət alan sənayeləşmənin texniki ali məktəblərin fəaliyyətinin istehsalata uyğun qurulması ilə nəticələndiyini bildirib. Ali təhsil müəssisələrində aparılan elmi-tədqiqatların nəticələrinin istehsalat sahələrinə tətbiqinin əhəmiyyətindən bəhs edən qonaq, həmçinin peşəkar mütəxəssislərin yetişməsində bu təcrübənin əvəzsiz rol oynadığını vurğulayıb.
Azərbaycan üçün yeni olan bu təşəbbüsün uğurlu nəticələr verəcəyinə inamını ifadə edən Misir Mərdanov bu təcrübədən gələcəkdə digər ali məktəblərin də bəhrələnəcəyinə ümidvar olduğunu bildirib. Nazir, həmçinin ali məktəblərin texnoparklarının olmasını əlavə maliyyə təminatı, elmi-tədqiqatların səmərəliliyinin artırılması və stimullaşdırılması baxımından yüksək qiymətləndirib.


9 il əvvəl