Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Oktyabrın 9-da Təhsil Nazirliyində Azərbaycan Respublikası Prezidentinin imzaladığı “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”nın icrası ilə bağlı qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Təhsil nazirinin müavini Elmar Qasımov tədbiri giriş sözü ilə açaraq ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini bildirib. Müvafiq sahəyə dövlət tərəfindən xüsusi diqqət yetirildiyini qeyd edən nazir müavini ümummilli liderimiz Heydər Əliyevin idmanın inkişafı üzrə verdiyi sərəncamlardan, göstərdiyi yüksək qayğıdan, habelə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu ənənənin uğurla davam etdirilməsindən söz açıb.
Azərbaycanda sevilən idman növlərindən olan şahmatın zəngin tarixi haqqında danışan E.Qasımov şahmatçılarımızın qazandıqları nailiyyətləri məhz müvafiq dövlət qayğısının nəticəsi kimi dəyərləndirib. Nazir müavini əlavə edib ki, 1992-ci ildən başlayaraq dünya və Avropa birinciliklərində, eləcə də yüksək kateqoriyalı turnirlərdə 72-dən artıq medal qazanılıb, onlardan da 26-sı qızıl medaldır. Hazırda Azərbaycanda 21 beynəlxalq qrossmeyster, 12 beynəlxalq dərəcəli idman ustası olduğu barədə məlumat verən Elmar Qasımov daha sonra nəzərə çatdırıb ki, dünya reytinq cədvəlində iki şahmatçımız - Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov daim birinci onluqdadırlar.
Nazir müavini “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”nın şahmatçılar üçün yeni qələbələr qazanmağa zəmin yaratdığını vurğulayaraq bildirib ki, bu sənəd qəbul edildikdən sonra şahmat məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, onların müasir avadanlıqlar və kompüterlərlə təmin edilməsi istiqamətində tədbirlər həyata keçirilib. Nazir müavini son dövrlərdə yeni açılan şahmat məktəbləri haqqında da məlumat verib.
E.Qasımov görülən işlərlə yanaşı mövcud problemlərə, şahmat məktəblərində çalışan məşqçi müəllimlərin ixtisasartırma kurslarından keçmələri, bu sahə üzrə Azərbaycan dilində metodiki vəsaitin azlığı və digər mühüm məsələlərə də toxunub, müvafiq şəxslərə tapşırıqlar verib.
Tədbirdə iştirak edən Gənclər və İdman Nazirliyinin şöbə müdiri Mirkamil Rəhimov son dövrlərdə ölkəmizdə idmanın daha sürətlə inkişafı, beynəlxalq yarışlarda əldə olunan nailiyyətlər və dövlətimizin bu sahəyə xüsusi diqqət göstərdiyini qeyd edib. M. Rəhimov uşaq-gənclər şahmat məktəbləri yetirmələrinin uğurları, onların turnir və yarışlarda əldə etdikləri nəticələri nəzərə çatdırıb.
Sonda bir neçə uşaq-gənclər şahmat məktəbinin rəhbərləri mövcud vəziyyətdən söhbət açıb, müvafiq sahəyə dair təkliflərlə çıxış ediblər.
10 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
