Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Oktyabrın 2-də Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci tədris korpusunda Alman Akademik Mübadilə Xidmətinin (DAAD) və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən «Azərbaycan-Almaniya ali təhsil günləri» çərçivəsində «Azərbaycan və Alman universitetləri arasında əməkdaşlıq üzrə təcrübə və perspektivlər» mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib.
Təhsil naziri Misir Mərdanov Alman Akademik Mübadilə Xidməti (DAAD) ilə təhsil sahəsində əməkdaşlıq sayəsində reallaşan «Azərbaycan-Almaniya ali təhsil günləri» mövzusunda keçirilən beynəlxalq konfransın məqsədlərindən söz açıb. Nazir bildirib ki, 3 gün davam edəcək konfransda Almaniyanın 22 universitetindən 30-dan çox nümayəndə iştirak edir.
Bu ilin aprel ayında Alman Akademik Mübadilə Xidməti (DAAD) təşkilatının dəvəti ilə Almaniyada olarkən «Azərbaycan-Almaniya ali təhsil günləri»nin keçirilməsinin qərara alındığını söyləyən Misir Mərdanov Alman Akademik Mübadilə Xidmətinin fəaliyyəti, gördüyü işlər barədə məlumat verərək deyib ki, bu təşkilatdan dəstək alan bir çox tələbə, müəllim, tədqiqatçı və alim xaricdə olduqca dəyərli təcrübə əldə etmək imkanı qazanıblar.
Açılış mərasimində çıxış edən DAAD-ın Şimal bölməsinin Baş direktoru xanım Anet Julius, Almaniyanın Azərbaycandakı səfiri Kristofer Stankina beynəlxalq konfransın işinə uğurlar arzulayıblar.
Sonra plenar iclas keçirilib. Köln Tətbiqi Elmlər İnstitutunun TEMPUS üzrə koordinatoru professor Rza Talebinin «Köln Tətbiqi Elmlər İnstitutu ilə Azərbaycan universitetləri arasında 1992-2009-cu illər ərzində uğurlu əməkdaşlığın nəticələri», ADNA-nın professoru Ramiz Hümbətovun «TEMPUS proqramı çərçivəsində müasir biliklərin və tədris texnologiyalarının Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) yayılması (uğurlar, yanaşmalar və çətinliklər)» mövzularında məruzələri dinlənilib.
Beynəlxalq konfrans öz işini davam etdirir.
10 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
