Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefon: 146; elektron poçt ünvanı: qaynar-xett@edu.gov.az) 2012-ci ilin fevral ayında 1629 müraciət daxil olub.
Müraciətlərin 1439-u telefonla, 190-ı elektron poçt vasitəsilə qəbul edilib. Daxil olan müraciətlərin əksəriyyəti sorğu xarakterlidir.
Bütün müraciətlər dinlənilib və qeydə alınıb. Xüsusi araşdırma tələb edən müraciətlər müvafiq qurumlara göndərilib. Həmin müraciətlər əsasında araşdırmalar aparılıb, problemlərin aradan qaldırılması istiqamətində bütün zəruri tədbirlər görülüb. Ünvanlı müraciətlər isə yazılı şəkildə cavablandırılıb.
Sorğu xarakterli müraciətlər daha çox ümumi təhsil məktəblərinin IX və XI siniflərində mərkəzləşdirilmiş sınaq imtahanlarının təşkili, keçirilməsi və nəticələri, ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu, Respublika və beynəlxalq fənn olimpiadalarının təşkili, keçirilməsi və nəticələrinin öyrənilməsi, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin təşkili və keçirilməsi ilə bağlı olub. Digər sorğular yaş senzinin tətbiqi, müəllimlərin dərs yükü ilə təmin olunması və əmək haqqının hesablanması, təhsil sənədlərinin tanınması, xaricdə təhsil və digər məsələləri əhatə edib.
“Qaynar xətt” xidmətinə daxil olan 68 şikayət xarakterli müraciətin böyük əksəriyyəti Bakının ümumi təhsil müəssisələri (23 müraciət) ilə bağlıdır. Həmçinin, Abşeron (4 müraciət), Kürdəmir, Masallı, Ağdam, Quba (hər birindən 2 müraciət), Füzuli, Samux, Şəki, Hacıqabul, Lənkəran, Yardımlı, Tərtər, Zaqatala, Göygöl, Xocavənd, Beyləqan, Qubadlı, Saatlı, Lerik, Ağsu, Ağcabədi, Gədəbəy rayonlarından (hər birindən 1 müraciət), Gəncə, Mingəçevir şəhərlərindən (hər birindən 1 müraciət) şikayət xarakterli müraciətlər daxil olub. Müraciətlərdə ümumi təhsil müəssisələrində tədris prosesinin təşkili, maddi-texniki təchizat sahəsindəki çatışmazlıqlar, məktəb rəhbərlərinin idarəetmədə yol verdikləri nöqsanlar, məktəbli formasının, tədris ədəbiyyatı və müxtəlif nəşrlərin satışı, istilik sisteminin nazaslığı, elektrik enerjisinin fasilələrlə verilməsi, məktəb avadanlıqlarının alınması, məktəblərin təmiri və digər məsələlər öz əksini tapıb.
Ötən ay texniki peşə məktəbləri ilə bağlı 3 şikayət daxil olub. Bu şikayətlərdə Bakı 12 nömrəli, Biləsuvar və Gədəbəy peşə liseylərindən bəhs edilir.
Ali təhsil müəssisələri ilə bağlı daxil olan 8 şikayət xarakterli müraciətin 6-sı dövlət, 2-si isə özəl tədris ocaqları ilə əlaqədardır. Bu müraciətlər dövlət ali təhsil müəssisələrində və dövlət sifarişi üzrə özəl ali məktəblərdə təhsil alan tələbələrin təqaüdlərinin və təhsil sənədlərinin gecikdirilməsi, qış imtahan sessiyasının nəticələri ilə əlaqədar apelyasiya qaydalarının pozulması, əmək haqqının verilməsinin ləngiməsi və digər məsələləri əhatə edib.
Orta ixtisas təhsili müəssisələrindən daxil olmuş 4 müraciət qış imtahan sessiyasının nəticələri, dövlət təhsil sənədinin verilməsinin gecikdirilməsi və digər məsələlərlə bağlı olub. Həmin müraciətlərə baxılıb və müvafiq qaydada cavablandırılıb.
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan bütün müraciətlər ciddi şəkildə araşdırılıb və müvafiq tədbirlər həyata keçirilib.
10 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00 -
Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi ilə bağlı görüş keçirilib
12.06.2026 - 17:40
