• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Martın 16-da “Rayon (şəhər) təhsil şöbələrində (idarələrdə) strateji planlaşdırma mexanizminin tətbiqi” adlı növbəti seminar keçirilib.

Seminar Təhsil Nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi tərəfindən Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində reallaşdırılan “Təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, müəllim peşəsi ilə bağlı reqlamentləşdirici qaydaların yenidən işlənməsi və tətbiqi” alt-komponentin icra planına və nazirliyin strateji planına əsasən təşkil edilib.
Seminarın əsas məqsədi rayon (şəhər) təhsil şöbələrinin (idarələrin) 2011-2012-ci illər üçün hazırladıqları strateji planların monitorinqinin nəticələri və 2013-2015-ci illər üçün növbəti strateji planların hazırlanmasına dair müzakirələrin aparılması, həmçinin yerlərdə strateji planlaşdırma mexanizminin tətbiqi vasitəsilə idarəetmə sisteminin təkmilləşdirilməsindən ibarətdir. Seminarda Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Sumqayıt Şəhər Təhsil Şöbəsi, Gəncə Şəhər Təhsil İdarəsi və ölkənin digər rayon (şəhər) təhsil şöbələrindən (idarələrdən) strateji planlaşdırma prosesi üzrə müəyyənləşdirilən məsul şəxslər iştirak edib.
Seminar iştirakçılarına rayon (şəhər) təhsil şöbələrinin (idarələrin) 2011-2012-ci illər üçün hazırladıqları strateji planların monitorinqinin nəticələri, 2013-2015-ci illər üçün növbəti strateji planların hazırlanması, yerlərdə müvafiq işçi qrupunun yaradılması və bu prosesə maraqlı tərəflərin cəlb edilməsi, strateji planın elementləri, fəaliyyət və büdcə planlarının hazırlanması barədə ətraflı məlumat verilib. Həmçinin, müvafiq istiqamətlər üzrə qruplarda praktiki işlər aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Seminarın sonunda rayon (şəhər) təhsil şöbələrin (idarələrin) 2013-2015-ci illər üçün növbəti strateji planlarının cari ilin oktyabr ayına qədər Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinə təqdim edilməsi iştirakçıların nəzərinə çatdırılıb.


9 il əvvəl